Accessibility links

RATİ: Hökumət seçkisonrası repressiyaya start verib


RATİ-nin direktoru Emin Hüseynov

RATİ-nin direktoru Emin Hüseynov

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu hökuməti vətəndaş cəmiyyəti və fəalların təqibinə son qoymağa çağırır

Oktyabrda keçirilmiş prezident seçkilərinin ardınca Azərbaycan hökuməti vətəndaş cəmiyyəti və mediaya qarşı geniş miqyaslı repressiyaya start verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ,Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT ofisində ofisində bir qrup polis müstəntiqi tərəfindən edilən reydlə bağlı bəyanatda deyilir.

Seçki monitorinqi ilə məşğul olan QHT-nin ofisində həyata keçirilmiş bu reyd ölkədə insan hüquqları və siyasi sahədə yaşanan böhranın daha da dərinləşdiyindən xəbər verir. “Bu, hökumət tənqidçilərinə aşkar mesajdır ki heç kəs prezident seçkisinin legitimliyinə şübhə salacaq bir məsələyə qarışmasın” deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib.

RATİ hesab edir ki, hökumət öz tənqidçilərinə, xüsusən də seçki dövründə fəal olan şəxslərə qarşı onların nüfuzdan salınmasına hesablanmış sistematik təqib kampaniyası həyata keçirir.

Təşkilat Azərbaycan hökumətini medianın, vətəndaş cəmiyyətinin və fəalların təqibinə son qoymağa və ifadə azadlığını real olaraq hamı üçün təmin etməyə çağırır.

RATİ xatırladır ki, prezident seçkisindən bir ay belə keçməmiş, müstəqil KİV-lər və hüquq müdafiəçiləri misli görünməmiş repressiya və təzyiqlərə məruz qalıb, cinayət təqiblərinin sayında artım müşahidə olunmağa başlayıb.

Onlar ,Azərbaycan hökumətini həbsdə olan bütün jurnalistləri, müxalifət fəallarını və hüquq müdafiəçilərini azad etməyə çağırır.

Qrum Azərbaycan hökuməti tərəfindən Avropa Şurası, Avropa Birliyi, ATƏT və BMT kimi beynəlxalq və regional təşkilatların ifadə azadlığı da daxil olmaqla insan hüquqlarını qorumaq barədə çağırışlarına əməl olunmamasını pisləyir.

Baş Prokurorluq tərəfindən “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində yol verilmiş qanun pozuntuları ilə bağlı araşdırmalara başlanılıb.
XS
SM
MD
LG