Accessibility links

Şirin İbadi: Konstitusiya İranda yaşayan xalqların ana dilində təhsil almaq hüququnu təmin etsə də, buna imkan verilmir


Şirin İbadi: Konstitusiya İranda yaşayan xalqların ana dilində təhsil almaq hüququnu təmin etsə də, buna imkan verilmir
Şirin İbadi: Konstitusiya İranda yaşayan xalqların ana dilində təhsil almaq hüququnu təmin etsə də, buna imkan verilmir

Nobel mükafatı laureatı, tanınmış hüquq müdafiəçisi Şirin İbadinin Vaşinqtonda kitabının prezentasiyası keçirilib

Vaşinqtonda Karneqi Sülh İnkişaf fondunda tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin İbadinin yeni kitabının prezentasiyası keçirilib. “Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” adlı kitabda xanım İbadi İranda avtoritar rejimdən qurtulmaq uğrunda uzun və qeyri-müvəffəq mübarizəni bioqrafik perspektivdən təsvir edir. Kitabın prezentasiya mərasimində danışan Şirin İbadi İranda bu gün demokratiya və insan haqlarının durumunu şərh etdi və kitabın yazılmasının səbəblərini göstərdi.

Şirin İbadi: Konstitusiya İranda yaşayan xalqların ana dilində təhsil almaq hüququnu təmin etsə də, buna imkan verilmir
Şirin İbadi: Konstitusiya İranda yaşayan xalqların ana dilində təhsil almaq hüququnu təmin etsə də, buna imkan verilmir

Kitabda müəllif yaxın rəfiqəsi Pərinin (kitabda şəxsi və yer adları dəyildirilib) ailəsinin timsalında İranda gedən prosesləri göstərməyə çalışıb. Pərinin üç qardaşı İranda son 30 ildə gedən siyasi proseslərin müəyyən mənada simvolidur. Qardaşlardan biri monarxist-şahçı, biri kommunist-tudəçi, o biri isə islamçı-hezbullahçıdır.

Xanım İbadi deyir ki, o, bir ailənin timsalında əks etdirdiyi tarixi hadisələrin canlı şahidi olub və baş verən ədalətsizlikləri göstərməyə çalışıb. Lakin o deyir ki, bu hadisələr İranda bu gün də davam edir.

Kitabın baş qəhrəmanının Pəri olması təsadüfi deyil. Şirin İbadi İran qadınlarının bu gün ictimai-siyasi hadisələrdə oynadığı rolu izah etdi.

“Pəri qadın hərəkatının simvoludur. İranda qadın hərəkatı Yaxın Şərqdə ən güclü hərəkatdır. Bunun səbəbi qadınların inkişafı ilə bağlıdır. İran universitetlərində təhsil alan tələbələrin 65 faizini qadınlar təşkil edir. Lakin qadınlar ayrı-seçkiliyə məruz qalır”- Şirin İbadi bildirdi.

Hüquq-müdafiəçisi kitabda təsvir etdiyi hadisələrin baş verdiyi dövr və bu gün İranda mövcud vəziyyətə qiymət verərək, insanların fundamental azadlıqlarının təmin edilməsini istədiyini bildirdi. O dedi ki, insanların bir hissəsi əsaslı dəyişikliklər tələb edərək, konstitusiyanın və hakimiyyətin dəyişməsini istəyir. Başqaları isə onun sözlərinə görə hesab edir ki, konstutisiya qalmalıdır və orada təsbit olunmuş maddələr əməldə yerinə yetirməlidir.

“Məsələn, müxtəlif etnik qrupların öz ana dilində təhsil almaq hüququnun verilməsi kimi. Əslində bu, maddə konstitusiyada var, lakin ona heç vaxt əməl olunmayıb”- xanım İbadi fikrini tamamladı.

Şirin İbadi İran hökumətinin xalqın azadlıq tələblərinə repressiyalarla cavab verdiyini vurğuladı. O bildirdi ki, insanlar azadlıq və demokratiya tələb edir, hökumət isə repressiyaları davam etdirir. Lakin hüquq-müdafiəçisi dedi ki, tarix repressiyalar keçirən hökumətlərin süquta uğradığını göstərir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG