Accessibility links

Şirin İbadi İran ərəblərinin aksiyasında 12 nəfərin öldürüldüyünü bildirib


Şirin İbadi İran ərəblərinin aksiyasında 12 nəfərin öldürüldüyünü bildirib

Şirin İbadi İran ərəblərinin aksiyasında 12 nəfərin öldürüldüyünü bildirib

İran ərəbləri aprelin 15-ni “qəzəb günü” elan edib, həmin gün yerli ərəblər Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində aksiya keçirib

Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi aprelin 18-də BMT-nin insan hüquqları üzrə ali komissarı Navi Pilaya məktub yazaraq sünni məzhəbli İran ərəblərinin aprelin 15-də Əhvaz şəhərində keçirdiyi dinc etiraz aksiyasının son dərəcə zorakılıqla yatırıldığını bildirib.

Bir neçə gün əvvəl İran ərəblərinin milli və dini hüquqları uğrunda mübarizə aparan təşkilatlar bəyanat yayaraq aprelin 15-ni “İran ərəblərinin qəzəb günü” elan etmiş, həmin gün yerli ərəblərə qarşı tətbiq edilən milli, dini, siyasi və iqtisadi ayrı-seçkiliyə etiraz olaraq Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində aksiya keçirəcəklərini xəbər vermişdilər.

“Media forum” saytının məlumatına görə, Şirin İbadi məktubunda yazıb ki, İranın təhlükəsizlik qüvvələri dinc etiraza qalxan yerli ərəblərə zorakılıq nümayiş etdirib: “Bu etirazlar və İran hüquq mühafizə qüvvələri ilə qarşıdurmalar sonrakı günlərdə də davam edib. Nəticədə aksiyaçılardan 12-si öldürülüb, 20-si ağır yaralanıb, onlarla adam tutularaq bilinməz istiqamətə aparılıb”.

Xuzistan əyalətində yaşayan İran ərəblərinin son 32 ildə müxtəlif təzyiq və ayrı-seçkiliklərdən əziyyət çəkdiklərini vurğulayan Şirin İbadi həmçinin bildirib ki, İran təhlükəsizlik qüvvələri bu etirazlarda öldürülən, yaralanan və ya tutulanların ailələrinə təzyiq edərək onlardan bu barədə susmalarını və hər hansı mediaya müsahibə verməməyi tələb ediblər.

XS
SM
MD
LG