Accessibility links

Şirin İbadi İran xalqını martın 8-də aksiyalara çağırıb


Şirin İbadi İran xalqını martın 8-də aksiyalara çağırıb

Şirin İbadi İran xalqını martın 8-də aksiyalara çağırıb

Xanım İbadi bildirib ki, gender bərbərliyi uğrunda fəaliyyət göstərən igid qadınlar hakimiyyəti qoruyan “Sepah”çıların dəyənək və şallağına məruz qalıb, zindanlara salınıb, dar ağaclarına tapşırılıb

Sülh üzrə Nobel mükafatı laureatı, tanınmış vəkil və hüquq müdafiəçisi Şirin İbadi bəyanat yayaraq İran qadınlarını müxalifətin martın 8-də keçirəcəyi etiraz aksiyalarına qatılmağa çağırıb. Bu barədə “Media forum” saytı məlumat yayıb.

Sayt xanım İbadinin bəyanatından sitatlar da gətirib. “32 il əvvəl 8 Mart Beynəlxalq Qadınlar Günündə İran İslam Respublikasının radio və televiziyasında oxunan sərəncamda hökumət işçisi olan qadınlar geyim azadlığı hüququndan məhrum edildi. Bununla da hakimiyyət qadınların öz hüquqları uğrunda apardığı dinc mübarizəsini və haqq səsini müxtəlif bəhanə və yollarla boğmağa başladı”, - deyə xanım İbadinin bəyanatında deyilir.

Onun fikrincə, gender bərbərliyi uğrunda fəaliyyət göstərən igid qadınlar hakimiyyəti qoruyan “Sepah”çıların dəyənək və şallağına məruz qaldı, zindanlara salındı, dar ağaclarına tapşırıldı. “Artıq insan qurtuluşunu bayram edəcəyimiz gündə övladlarımız tarixi başqa cür yazmağa başlayacaqlar. Bu il 8 mart günü İranda əlamətdar bir gündür. Həmin gün həm qadınların hüquqları, həm də İran xalqının başqa demokratik tələbləri qaldırılacaq. 8 mart günündə digər həmvətən qardaşlarımızla çiyin-çiyinə küçələrə axışıb xalqın ümumi istək və tələblərinə dəstək verəcəyik. Unutmayaq ki, hüquq bərabərliyinə çatmaq yalnız demokratik bir hakimiyyətdə mümkündür”, - deyə bəyanatda qeyd edilir.

XS
SM
MD
LG