Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton Şimali İrlandiyaya səfər edir


Hilari Klinton bu gün ABŞ-ın dövlət katibi qismində özünün son səfərlərindən biri kimi Şimali İrlandiyaya səfər edir.

Şəhər qanunvericiləri hökumət binaları üzərində il boyu Britaniya bayrağının dalğalanmamasına dair bu həftənin əvvəlində qanun qəbul etdikdən sonra Protestant və Katolik icmaları arasında gərginliklər baş qaldırıb.

Şimali İrlandiyada Britaniya bayrağının dalğalanmasını istəyən Protestantlarla ölkəni birləşdirmək istəyən Katoliklər arasında on illərdir davam edən təriqətlərarası toqquşmalarda minlərlə insan həlak olub.

Cümə axşamı İrlandiya paytaxtı Dublinə səfəri zamanı Hillari Klinton insan haqları müdafiəçiləri ilə görüşündə sabiq Sovet məkanında baş verən prosesləri sərt tənqid edib. O, bildirib ki, Rusiya bu ərazilərdə avtoritarizmi dəstəkləməklə Sovet İttifaqı modelini bərpa etməyə çalışır.
XS
SM
MD
LG