Accessibility links

İrandan Azərbaycana narkotik gətirən dəstə ifşa olunub


Azərbaycanda İrandan gətirilən narkotik tutulub
Azərbaycanda İrandan gətirilən narkotik tutulub

11 nəfər həbs olunub

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumilikdə 19 kiloqrama yaxın narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycanın ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb. Bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA agentliyinə verilən məlumata görə, keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 1 kiloqram 187 qram heroin, 8 kiloqram 500 qramdan artıq tiryək, 1 kiloqramdan artıq həşiş və 8 kiloqram 201 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb.
XS
SM
MD
LG