Accessibility links

Fələstin yaraqlıları İsrailin cənubuna bir neçə raket hücumları həyata keçirib. Bu gün səhər isə İsrail təyyarəsi Qəzza Zolağında mövqelərə hücum edib.

Bu, noyabr ayında tərəflər arasında atəşkəs əldə edilməsindən bəri ən ağır döyüşlərdir.

Təlafat barədə məlumat verilməyib. Lakin zorakılıqlar dörd ay davam edən müqaviləni pozub. Hadisədən sonra İsrailin yeni müdafiə naziri Moş Yaalo deyib ki, yəhudi hökuməti ölkənin cənubuna hərbi hücumları cavabsız qoymayacaq.

İsrail dünən səhər ərazisinə üç raket atıldıqdan sonra hücuma keçib.

Bu arada İordan çayının qərb sahilində İsrailin təhlükəsizlik qüvvələri fələstinli məhbusun öldürülməsinə görə nümayiş keçirən fələstinlilərlə toqquşub.
XS
SM
MD
LG