Accessibility links

Yeganə oğlunu itirən ana övladının irsini yaşadır [Video]


Albina dü Buaruvrey həyatının ən ağır itkisini verdikdən - yeganə oğlunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istədi və oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatı yaratdı.

Albina dü Buaruvrey xoşbəxt doğulmuşdu. Kino sənətində gözəl karyerası var idi, biznes maqnatına ərə getmişdi. O, həyatından razı idi. Lakin 1986-cı ildə onun oğlu Fransua-Haviyer Bonyu vertolyot qəzasında həlak olandan sonra onun həyatı büsbütün dəyişdi. “O həmişə axtarışda idi və çox yardımçı pilot idi. Həyatını da 24 yaşında, Malidə missiya zamanı itirdi,” deyə ana bildirir.

Fransua-Haviyerin ölümündən dərhal sonra ana onun adını daşıyan FXB-Village adlı təşkilat yaratdı. “Mən bu təşkilatı yaratmaqla onun etmək istədiklərini, insanları xilas etmək, əsasən də uşaqlar olmaqla, imkansız, çox şeydən məhrum olan insanlara yardım etmək istədim.”

FXB fəaliyyətinə 1990-ci illərdə, uşaqlarda QİCS xəstəliyi olan Uqandadan başlayıb. Bu gün FXB artıq Afrika, Asiya və Latin Amerikasının ən yoxsul 8 ölkəsində fəaliyyət göstərir.

Mən bu təşkilatı yaratmaqla onun etmək istədiklərini, insanları xilas etmək, əsasən də uşaqlar olmaqla, imkansız, çox şeydən məhrum olan insanlara yardım etmək istədim.

İlk üç ildə bu 100 ailədən 80-i bu proqrama daxil edildi. Birinci il onlar pulsuz ərzaq, tibbi yardım, təhsil və evlə təmin edilirdi ki, bu müddət ərzində ailə başçısı pul qazanmaq üçün yollar axtarırdı. Bu, ya bir inək, ya bir paltartikən maşın, ya da kənd təsərrüfatı üçün alət ola bilərdi. Bunları əldə etmək üçün FXB onlara kredit pul da verirdi. “Artıq ikinci il onlar qənaət edə bildilər öz büdcələrini yaratdılar. Onların büdcəsi təxminən 25 faiz idisə, 75 faizini biz əlavə edirdik. Üçüncü il 50-50-yə oldu. Dördüncü il isə artıq özləri qazanırdı.”

Albina xanım deyir ki, son 25 ildə bu büdcə proqramı 80 mindən çox kasıb insana yardım edib. Bu proqrama əsasən bir insana ildə 125- 230 dollara başa gəlir, amma proqramı bitirən ailələrin 86 faizi kasıblığın daşını birdəfəlik atır. “Beləliklə, insanların özləri və ailələrinin daha yaxşı yaşamaq imkanı olur,” deyə Albina dü Buaruvrey bildirir.

XS
SM
MD
LG