Accessibility links

Bloq: Azərbaycanlı Tələbə Assosiasiyası Kaliforniyada Azərbaycanın Respublika günü münasibətilə tədbir keçirib


Azerbaijan Republic Day at UCI

Azerbaijan Republic Day at UCI

İrvin universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Assosiasiyası Azərbaycanın irsi, mədəniyyəti və tarixi haqda məlumatların artırılması məqsədilə yaradılıb


Kaliforniyada İrvin universitetində Azərbaycan Respublikasının 95 illiyi münasibətilə tədbir keçirilib. İrvin universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirə Azərbaycan, türk və yəhudi icmalarının üzvləri qatılıb.

Aytən Nəbiyeva

Aytən Nəbiyeva

Azərbaycanlı Tələbə Assosiasiyasının üzvü, dövlət siyasəti üzrə namizədlik dərəcəsi almış Aytən Nəbiyeva toplaşanlara müsəlman aləmində ilk dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikasının fəaliyyətləri ilə bağlı məlumat verib, gənc respublikanın təhsil və mədəniyyət sahələrinə verdiyi töhfələri qeyd edib.

Tədbirdə çıxış edən Amerika Azərbaycan Şurasının baş direktoru Cavid Hüseynov Azərbaycan Demokratik Respublikasının mürəkkəb siyasi şəraitdə yaradılmasına baxmayaraq, güclü demokratik təsisatlar qura bildiyini, bütün insanlara bərabər hüquqlar təmin etdiyini xüsusi vurğulayıb.


Cavid Hüseynov

Cavid Hüseynov

Cavid Hüseynov 1919-cu ildə Paris konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra ABŞ prezidenti Vudro Vilsonun heyət üzvlərinin istiqlal, ədalət və hüquqlar kimi məsələlərdə birgə baxışları bölüşdüyünü qeyd etməsini xatırladıb.

Kaliforniyanın İrvin universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Assosiasiyası Azərbaycanın irsi, mədəniyyəti və tarixi haqda məlumatların artırılması məqsədilə yaradılıb. Assosiasiyanın həmtəsisçiləri Rəfiqə Qurbanzadə və Nazilə Həsənovadır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG