Accessibility links

İş adamı 12 milyon 700 min kredit borcuna görə həbs edilib


Mingəçevir İzolit Səhmdar Cəmiyyəti (Foto səhmdar cəmiyyətin Facebook səhifəsindən götürülüb)

Mingəçevir İzolit Səhmdar Cəmiyyəti (Foto səhmdar cəmiyyətin Facebook səhifəsindən götürülüb)

Mingəçevir “İzolit” Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Mehman Mehdiyev artıq iki aydır ki, həbsdədir. Bu barədə vəkil Adəm Məmmədov yerli mediada iş adamının bu günlərdə həbsi ilə bağlı yayılan məlumatlar barədə Amerikanın Səsinin sualının cavabında bildirib.

M.Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.

Vəkilin sözlərinə görə, Mehdiyev Beynəlxalq Bankdan ümumilikdə 30 milyon ABŞ dolları kredit götürüb.

Mingəçevir İzolit Səhmdar Cəmiyyəti (Foto səhmdar cəmiyyətin Facebook səhifəsindən götürülüb)

Mingəçevir İzolit Səhmdar Cəmiyyəti (Foto səhmdar cəmiyyətin Facebook səhifəsindən götürülüb)

“O 17 milyon ABŞ dollarından artıq kredit öhdəliyini yerinə yetirib. Hazırda 12 milyon 700 min dollar məbləğində kredit borcu qalıb. Mehdiyev səhmdar cəmiyyətin binasını, torpaq sahəsini və binadakı avadanlıqalrı girov qoyub. Məhkəmə qərarı ilə əmlak qiymətləndirilib hərraca çıxarıla bilər və satışdan əldə edilən vəsait kredit öhdəliyi əvəzində götürülə bilər. Buna Mehman Mehdiyev də razıdır. Lakin, istintaq kredit öhdəliyinin nağd ödənilməsini istəyir. Buna isə iş adamının imkanı yoxdur”, vəkil qeyd edib.

Məmmədovun fikrincə, girov qoyulmuş əmlakın hazırki bazar qiymətləri ilə dəyəri 20 milyon dollardan çoxdur.

Vəkil bildirib ki, M.Mehdiyev ürək krizisi keçirib və səhhətində ağır problemlər yaranıb.

Rəsmi mənbələr bu həbslə bağlı hələ məlumat yaymayıb.

M.Mehdiyev 2007-2009-cu illərdə Sumqayıt Elektrik Şəbəkəsi ASC-nin İdarə Heyətinin sədri olub.

Mingəçevir “İzolit” zavodu 2014-cü ildə yenidən qurulduqdan sonra istifadəyə verilib. Müəssisə 2008-ci ildə tam özəlləşdirilib.

XS
SM
MD
LG