Accessibility links

Azərbaycanda cəmi 1 388,2 min muzdlu iş yeri var


İş yeri
İş yeri

Prezident Əliyev son 9 ildə ölkədə 1 milyon yeni iş yeri açıldığını bəyan edib

2012-ci ilin iyununda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta siyahı sayı 1388,2 min nəfər olub və onlardan 852,3 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 535,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin 23,9 faizi təhsildə, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 9,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,9 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9 faizi informasiya və rabitə sahəsində və 14,8 faizi iqtisadiyyatın digər sahələrində məşğuldur.

2012-ci ilin iyununda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 397,0 manat təşkil edib, yanvar-iyun aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 384,5 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, nəqliyyat və anbar təsərrüfatı sahəsində və tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Xatırladaq ki, prezident Əliyev dəfələrlə bəyan edib ki, son 9 ildə ölkədə 1 milyon yeni iş yeri açılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG