Accessibility links

Dünya boyu xristianlar bu cümə günü İsa Məsihin çarmıxa çəkilməsini anır. Bu gün Müqəddəs Cümə adı alıb.

Xristianlar müqəddəs torpaqda İsa Məsihin çarmıxa çəkilməsini dualar və Qüdsün köhnə şəhərində yürüş etməklə anır.

Qüdsdə xristian zəvvarlar İsa Məsihin çarmıxa çəkilməsi üçün aparıldığı yolla yeriyib.

Onlar əllərində taxta xaçlarla qədim müqəddəs məqbərə kilsəsinə aparan 14 məntəqədən keçib. Rəvayətlərə görə bu kilsə İsa Məsihin çarmıxa çəkildiyi, dəfn edildiyi və zühur etdiyi yerdir.

Filippinin şimalında fədakarlar İsa Məsihin çarmıxa çəkilməsini canlandırmaq məqsədi ilə rəmzi olaraq çarmıxa çəkilib. Minlərlə ziyarətçi hər il keçirilən bu mərasimi maraqla izləyib. Kilsə liderləri və səhiyyə rəsmiləri çarmıxa çəkilmə prosesini qadağan etməyib.

Bazar günü Xristianlar İsa Məsihin zühur etdiyi ehtimal edilən gün Pasxa bayramını qeyd edəcək.
XS
SM
MD
LG