Accessibility links

İsa Qəmbər: Biz real siyasətlə məşğuluq [Audio]


Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyası başqanının vahid namizədlə bağlı Amerikanın Səsinə müsahibəsi

Bu gün Demokratik Qüvvələrin Milli Şurasının tanınmış dramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyini irəli sürməsindən sonra Müsavat başqanı İsa Qəmbər Amerikanın Səsinə müsahibə verib. Müsahibədə Müsavat başqanı öz namizədliyinin saxlanılması, Rüstəm İbrahimbəyovun prezidentlik kriteriyaları, Milli Şuranın məqsədlərinə dair sualları cavablandırıb. İsa Qəmbərlə müsahibəni olduğu kimi təqdim edirik:


Sual: Bu gün Demokratik Qüvvələrin Milli Şurası 84 səs “lehinə”, bir səs bitərəf olmaqla tanınmış dramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb. Siz Rüstəm İbrahimbəyovuün namizədliyini və şanslarını necə dəyərləndirirsiniz?

İsa Qəmbər: Bu qərar gözlənilən və hesab edirəm ki, Azərbaycanda və dünya miqyasında seçkilərə diqqəti artıran və cəmiyyətimizdə müəyyən ümid-inamı artıran bir qərardır. Bu qərar ətrafında konsensusun formalaşması, bütün demokratik qüvvələrin yekdil qərar verməsi önəmli bir hadisədir. Təbii ki, məsələ qərarı qəbul etməklə yekunlaşmır. Bizi çox ağır və gərgin bir mübarizə gözləyir. Azərbaycanda qəddar, avtoritar rejim mövcuddur. Bu rejimin təhdidləri, repressiyaları cəmiyyəti kifayət qədər passivləşdiribdir. İndi bizim vəzifəmiz qısa müddətdə cəmiyyətin fəallığını artırmaq və güclü seçki kampaniyası üçün gərəkli bazanı hazırlayıb, seçkiyə start verilən gündən çox ciddi fəaliyyət göstərməkdir ki, namizədimizlə birlikdə qələbə çalaq. Bu, çox çətin, ancaq mümkün vəzifədir. Çünki ölkədə xalqın hakimiyyətdən narazılığı çox yüksək səviyyədədir. Xalqın əksəriyyəti hakimiyyətin dəyişməsini istəyir. Hazırda dünyada da öz hüquqları, azadlıqları uğrunda mübarizə aparan xalqlara rəğbət mühiti mövcuddur və bu mühit öz hüquqları uğrunda mübarizə aparan xalqlara dəstəyin verilməsini təmin edə bilər. Ona görə də hesab edirəm ki, şanslar ciddidir və biz ciddi mübarizə aparmaq əzmindəyik.

Sual: İsa bəy, sizcə Azərbaycana indiki məqamda necə bir prezident lazımdır? Sizcə Rüstəm İbrahimbəyov bu kriteriyalara nə dərəcədə cavab verir?

İslahatlar uğurla başa çatandan sonra prezident vəzifəsinə gələcək adamdan hansı xüsusiyyətlər tələb olunur sualı aktuallığını itirəcək, çünki ölkədə əsas hakimiyyət xalq tərəfindən seçilmiş parlamentə aid olacaq.
İsa Qəmbər: Bu, uzun bir söhbətin mövzusudur. İndiki mərhələdə bilirsiniz ki, iki illik keçid dönəmi konsepsiyasını qəbul etmişik. Konsepsiyanın mahiyyəti iki əsas məqam üzərində cəmlənib. Birincisi, partiyalara birbaşa bağlılığı olmayan intelektuallardan birinin üzərində anlaşıb, hazırda söhbət Rüstəm İbarhimbəyovdan gedir, onun iki illik müddətə vahid namizədliyinin qəbul edilməsi məsələsidir. Bu mərhələ artıq bitibdir. Keçid dönəminin ikinci mahiyyəti isə, Azərbaycanı prezidentli respublikadan parlament respublikasına keçməsini təmin etməkdir. Bu mərhələ çox ciddi islahatları nəzərdə tutur. İslahatlar uğurla başa çatandan sonra prezident vəzifəsinə gələcək adamdan hansı xüsusiyyətlər tələb olunur sualı aktuallığını itirəcək, çünki ölkədə əsas hakimiyyət xalq tərəfindən seçilmiş parlamentə aid olacaq.

Sual: Vahid namizədə dəstək verməklə yanaşı, siz öz namizədliyinizi saxlayacağınızı da bildirmisiniz. Bu, insanlarda müəyyən çaşqınlığa səbəb olub. Buna aydınlıq gətirə bilərsinizmi?

İsa Qəmbər: Heç bir çaşqınlıqdan söhbət gedə bilməz. Mən bugünkü sessiyada çıxışımda da bunu şərh etdim ki, söhbət Milli Şuranın seçkidən kənarda qalması təhlükəsindən gedir. Təbii ki, biz bu təhlükənin qarşısını almalıyıq. Bu təhlükənin də qarşısının alınması yolları müxtəlif siyasi q
Heç bir çaşqınlıqdan söhbət gedə bilməz. Mən bugünkü sessiyada çıxışımda da bunu şərh etdim ki, söhbət Milli Şuranın seçkidən kənarda qalması təhlükəsindən gedir.
üvvələrin seçkilərdə iştiraka hazır olmasıdır. Vahid namizəd kampaniyası üzərində bütün gücümüzü toplamaqla yanaşı, hakimiyyətin gözlənilməz, yaxud gözlənilən gedişlərinə də cavab vermək mümkün olsun. Çünki Milli Şuranın fəlsəfəsi dinc yolla, seçki üsulu ilə hakimiyyətin dəyişməsidir. Bunun üçün də təbii ki, Milli Şuraya daxil olan qüvvələrin seçkilərdə iştirak təmin olunmalıdır. Müsavat Partiyasının özünün seçkilərdə iştirakla bağlı qərarını qüvvədə saxlaması da məhz bununla bağlıdır. Rüstəm müəllim Azərbaycana dönəndən və onun namizədliyi ilə bağlı mümkün prosedurlar gercəkləşəndən sonra vahid namizədlə bağlı qərarımızı tam şəkildə həyata keçirə biləcəyik.

Sual: Müxalifətə qarşı tez-tez səsləndirilən tənqidlərdən biri də budur ki, Azərbaycan müxalifəti daim iqtidarın cızdığı qaydalar çərçivəsində hərəkət edir. Bu mənada Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağını bəri başdan qəbul etmək sizcə bu tənqidlərə əsas verirmi?

İsa Qəmbər: Biz hakimiyyətdə oturanlar nə deyirlər, müxalifəti tənqid etmək həvəsində olanlar nə deyirlər – bunların hamısını diqqətlə eşidirik, nəzərə alırıq. Amma biz qərarları onların istəyi üzərində qura bilmərik. Biz real siyasətlə məşğuluq. Azərbaycanın maraqlarını nəzərə alaraq real siyasətlə məşğuluq. Dediyim ki, Milli Şuranın seçkilərdə iştirakının təmin edilməsi həddindən artıq önəmli bir hədəfdir. Bu hədəfi reallaşdırmaq o qədər önəmlidir ki, bunun ətrafında müxtəlif qüvvələrin nə deyəcəyi həlledici dərəcədə bizi maraqlandıra bilməz.

Sual: Siz söylədiniz ki, Milli Şuranın seçkilərdə iştirak edə bilməsi riski yarana bilər. Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmadığı təqdirdə, digər bir vahid namizəd üzərində işlənilməsi mümkün olmazmı?

İsa Qəmbər: Tamamilə mümkündür. Başqa bir bitərəf, partiyalara birbaşa bağlılığı olmayan intelektuallardan biri üzərində anlaşmağa cəhd etmək mümkündür. Sadəcə olaraq suallarınız prosesləri xeyli qabaqlayır. Biz bu riskləri gördüyümüz üçün siyasi qüvvələrin, Milli Şuranın, partiyamızın manevr imkanını s
Başqa bir bitərəf, partiyalara birbaşa bağlılığı olmayan intelektuallardan biri üzərində anlaşmağa cəhd etmək mümkündür.
axlamaq mövqeyindəyik. Amma hər günün öz hökmü var. Proses irəlilədikcə yəqin ki bu variantların sayı azalacaq. Hansı variant daha real olacaqsa, ona uyğun da biz ölkənin taleyi üçün məsuliyyət daşıyan siyasi qüvvələr olaraq ciddi məsləhətləşmələr keçirib, konsensusa gəlməyə çalışacağıq. Elə qərarlar qəbul etməyə çalışacağıq ki, xalqın və ümumilikdə əksər siyasi qüvvələrin maraqlarına uyğun olsun.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG