Accessibility links

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Facebook səhifəsində 2014-cü ilin siyasi yekunlarınını təhlil edib və 2015-ci ildə baş verəcək hadisələrlə bağlı proqnozunu açıqlayıb. Məqaləni təqdim edirik:

Çətin və gərgin bir il - 2014-cü il bitdi. Birinci Dünya Savaşının 100-cü ildönümü olan bu ildə dünya yenidən soyuq savaş dönəminə qayıtdı. Rusiyanın Ukraynaya hərbi təcavüzü, Krımın işğalı və ilhaqı, Qərblə Rusiya arasında münasibətlərin kəskinləşməsi, neftin az qala 2 dəfə ucuzlaşması Rusiyanı böhran vəziyyətinə çatdırdı.

Azərbaycanın hakim rejimi bu imkanlardan yararlanmaq əvəzinə Moskvaya daha çox sığınmaq, öz xalqına daha çox zülm etmək yolunu seçdi.

Azərbaycanın (və bütövlükdə postsovet dövlətlərinin) suverenlik, ərazi bütövlüyü və demokratik inkişaf istəyinin- haqqının qarşısında əsas əngəl olan Kremlin zəifləməsi yeni imkanlar yaratdı. Azərbaycanın hakim rejimi bu imkanlardan yararlanmaq əvəzinə Moskvaya daha çox sığınmaq, öz xalqına daha çox zülm etmək yolunu seçdi. Korrupsiya, inhisarlaşma artdı. Vətəndaşların azadlığına, həyat və sağlamlığına, mülkiyyətinə təhlükələr böyüdü. İntiharlar kütləvi hal aldı. Siyasi partiyalara təzyiqlər daha da artdı. Vətəndaş cəmiyyətinə, mediaya sarsıdıcı zərbələr vuruldu. Siyasi məhbusların sayı yüzü keçdi. İlin son günlərində onlardan 10 nəfəri azadlığa qovuşdu. Amma, təxminən 90 nəfər bu Yeni ili də zindanda qarşıladı.

Cəmiyyətdə ümumən passivlik hökm sürsə də demokratik düşərgəyə aid ayrı-ayrı təşkilatlar və fədakar insanlar mübarizəni davam etdirdilər.

Cəmiyyətdə ümumən passivlik hökm sürsə də demokratik düşərgəyə aid ayrı-ayrı təşkilatlar və fədakar insanlar mübarizəni davam etdirdilər. Gerçəklərin xalqa çatdırılması, repressiyalara məruz qalanların müdafiəsi, cəmiyyətin fəallaşdırılması və müqavimət potensialının toparlanması istiqamətində cəhdlər göstərildi.

Müsavat partiyasının 8-ci qurultayı keçirildi. Xalqa və hakimiyyətə 2 dəfədən çox vəzifədə qalmamaq, kürsünü demokratik seçki prosedurları vasitəsilə təhvil vermək, paritet əsasda seçki komissiyası yaratmaq, azad, ədalətli, şəffaf seçki keçirmək nümunəsi təqdim edildi. Bəlli səbəblərdən və bəlli üsullarla bu nümunənin ölkədə müsbət təsir imkanının qarşısı indiki mərhələdə alınsa da, bu qurultay Azərbaycanın demokratiya uğrunda mübarizə tarixinə qızıl hərflərlə

Müsavat partiyasının 8-ci qurultayı keçirildi. Xalqa və hakimiyyətə 2 dəfədən çox vəzifədə qalmamaq, kürsünü demokratik seçki prosedurları vasitəsilə təhvil vermək, paritet əsasda seçki komissiyası yaratmaq, azad, ədalətli, şəffaf seçki keçirmək nümunəsi təqdim edildi.

yazıldı. Çünki azad dünyanın çoxdan nail olduğu bu demokratik prinsip və normaların – daim eyni vəzifədə qalmamaq, iştirakçıların etimadına malik seçki komissiyaları, gizli səsvermə, azad, ədalətli və şəffaf seçki – ölkəmizdə olmasını istəyiriksə, hakimiyyətdən bunu tələb ediriksə, özümüz də bunu etməliyik. Müsavat bütün çətinliklərə baxmayaraq həmişəki kimi bu yüksək standartları birinci tətbiq etdi. Müsavat haqlı tənqid və iradları nəzərə alaraq, yalan və böhtanlara əhəmiyyət vermədən bu yolu davam etdirəcək. Özünü ciddi qüvvə sayan bütün partiyalar əvvəl-axır bu standartlara əməl etməli olacaqlar.

Başlayan 2015-ci il ötən ildən də çətin, gərgin bir il olacaq. Amma bu il müsbət dəyişikliklər imkanı 2014-cü ildən müqayisə edilməz dərəcədə daha çox olacaq. Bu imkanları gerçəkləşdirmək bizdən asılıdır. Hamımızdan - həm xalqdan, həm də hər birimizdən.

Biz bunu etməliyik, edə bilərik və edəcəyik!

XS
SM
MD
LG