Accessibility links

İsa Qəmbər: Vəziyyətin dəyişməsi üçün seçkilər 4 ay təxirə salınmalıdır [Video-müsahibə]


Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyasının keçmiş başqanı isa Qəmbər Amerikanın Səsinə müsahibəsində parlament seçkiləri öncəsi ölkədəki durumdan danışıb. O Müsavat Partiasının seçkilərin 4 ay təxirə salınmasını təklif etdiyini bildirib.

“Dörd ay ərzində siyasi məhbuslar azad edilməlidir, “Seçki Məcəlləsi” demokratik şəkildə təkmilləşdirilməlidir, bərabər imklanlar yaradılmalıdır, seçki komissiyaları yenidən qurulmalıdır və müstəqil olmalıdır, seçkidə iştirak edən bütün qüvvələrin etimadına malik olmalıdır. Azadlıqlar olmalıdır, söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı və digər azadlıqlar”, o qeyd edib.

Bu təkliflər yerinə yetirilməsə Müsavat Partiyası parlament seçkilərində iştirak qərarına oktyabrın 28-də yenidən baxacaq.

Bununla yanaşı, İ.Qəmbər ölkədə hakimiyyətin dinc yolla, seçki yolu ilə dəyişməsinin vacibliyini qeyd edib.

XS
SM
MD
LG