Accessibility links

Kubaya doğru irəliləyən tropik qasırğa bazar ertəsi Floridaya çatacaq


Haitidə tropik qasırğa İsaakın vurduğu ziyanlar müəyyənləşdirilir. Təbii fəlakət nəticəsində 3 adam həlak olub, binalara ziyan dəyib.

Zəlzələdən sarsılan bu ölkədə yüz minlərlə insan hələ də çadırlarda yaşayır. Xilasetmə işçilərini iki ildən artıqdır bu şəraitdə olan insanların taleyi narahat edir. Ağır yağışların torpaq sürüşməsinə səbəb ola biləcəyinə dair qoxular mövcuddur.

Amerikanın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, qasırğa saatda 97 km sürətli küləklə şimala istiqamət alıb. İndi Kubaya doğru irəliləyən İssak bazar ertəsi Florida ştatının cənub bölgələrinə vura bilər.

Gələn həftə respublikaçıların Tampada keçirəcəyi Milli Konvesiya səbəbi ilə diqqətlər İsaaka yönəlib. Sinoptiklər qasırğanın Florida ştatına necə təsir edəcəyinin hələ məlum olmadığını deyir. Tampa Floridanın əsas şəhəri Mayamidən 300 km şimalda yerləşir.
XS
SM
MD
LG