Accessibility links

Sabiq daxili işlər naziri saxlanıb


İsgəndər Həmidov
İsgəndər Həmidov

İsgəndər Həmidov Nərimanov parkında saxlanıb. Onun dünən hakimiyyəti kəskin tənqid etdiyinə görə saxlandığı güman edilir.

Mayın 29-da saat 15 radələrində Nərimanov rayonu ərazisindəki Nərimanov parkıdnakı çayxanada sabiq daxili işlər naziri İsgəndər Həmidov özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən daxlanıb. Bu barədə Həmidovu müşayiət edən Eldar Tağıyev bildirib.

Belə ki, Həmidov bir neçə nəfər tərəfdarı ilə çayxanada söhbət edərkən özlərini polis kimi təqdim edən şəxslər onları yerə yıxıblar. Sonra sabiq daxili işlər nazirinnin qollarını buraraq maşına otuzdurub aparıblar

İsgəndər Həmidov mayın 28-də müxalifət qüvvələrinin Respublika Günü münasibəti ilə Novxanıda keçirdiyi mitinqdə hakimiyyəti kəskin tənqid edib. Müşahidəçilər sabiq nazirin saxlanmasını bununla bağlı olduğunu güman edir.

Rəsmi mənbələr sabiq nazirin həbsini şərh etmir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG