Accessibility links

Beynəlxalq Əmək Təşkilatının son hesabatında dünyada 212 milyon insanın 2019-cu ilədək işini itirəcəyi bildirilir. Hazırda isə 201 milyon insan işsizdir.

Bildirilir ki, 2008-ci ildə başlanan qlobal iqtisadi böhran səbəbi ilə 61 milyon adam işsiz qalıb. Bu göstəricinin 21-ci əsrin ilk onilliyində daha da yüksələcəyi proqnozlaşdırılır.

Beynəlxalq Əmək Təşkilatı işsizlik və qeyri-bərabərliyin bir çox icmalar üçün fəlakətə çevrilə biləcəyi barədə xəbərdarlıq verir. Qurumun hesabatında bildirilir ki, işsizlik 15-lə 24 yaş arasında gənlərin etirazlarına yola aça bilər. Belə ki, onların daha yaşlı nəsillə müqayisədə 3 dəfə işsiz qalma ehtimalı mövcuddur.

2014-cü ildə gənclər arasında işsizlik 13 faiz təşkil edib.

Beynəlxalq Əmək Təşkilatının baş araşdırmaçısı Reymond Torresin dediyinə görə, əmək bazarları ilə sosial iğtişaşlar arasındakı əlaqəni inkar etmək olmaz.

“Araşdırmalar göstərib ki, qeyri-bərabərlik yüksək olan ölkələrdə iqtisadi dirçəliş daha aşağı qeyri-bərabərlik yaşanan ölkələrlə müqayisədə daha çətin olur.”

Hesabatda deyilir ki, ABŞ və Yaponiya kimi ölkələrdə işsizlik səviyyəsinin azalmasına baxmayaraq, əsasən Avropa olmaqla bir sıra inkişaf etmiş ölkələrdə işsizlik göstəriciləri hələ də yüksək olaraq qalır.

İşsizlik vəziyyəti Afrika, ərəb region, Latın Aerikası və Karib hövzəsi ölkələrində getdikcə pisləşir.

XS
SM
MD
LG