Accessibility links

İŞİD Cakartanı hədəf alıb


İndoneziyanın paytaxtı Cakartada bomba və silahlı hücumların məsuliyyətini İslam Dövləti üzrəinə götürüb. Hücumlar zamanı 5-i yaraqlı olmaqla, 7 nəfər həlak olub.

​İŞİD-ə bağlı olan Aamad xəbər agentliyinin bildirdiyinə görə, hücumlar xariciləri və onları müdafiə edən təhlükəsizlik qüvvələrini hədəf alıb.

İndoneziyanın polis idarəsinin rəisi Anton Çarliyan İŞİD-lə əlaqəsi olan qrupun hücumlarını Paris hücumlarının imitasiyası kimi qiymətləndirib.

Zorakılıqlar səhər çağı ticarət mərkəzi, lüks otellər, səfirliklər və ofislərin yerləşdiyi bölgə yaxınlığında 6 partlayışlarla müşayiət edilib.

Qızğın döyüşlər

Gün boyu yaraqlılarla polis arasında atışma qeydə alınıb. Günortadan sonra rəsmilər atışmanın 5 yaraqlının öldürülməsi ilə başa çatdığını elan edib. Həlak olan digər iki nəfər kanadalı və indoneziyalı şəxslər olub.

​Hücumların həyata keçirildiyi Tamrin küçəsində nəqliyyatın hərəkəti bərpa edilib. Təmizlik işləri zamanı işə düşməmiş bir neçə kiçik bomba aşkar edilib.

Islam Dövlətinin niyə Cakartanı hədəf aldığı bəlli deyil. İndoneziya rəsmiləri hələ noyabr ayında hücumlarla bağlı təhdidlər aldığını bildirib.

XS
SM
MD
LG