Accessibility links

İŞİD döyüşçüləri son 24 saat ərzində Suriyanın Türkiyə ilə sərhəd bölgələrində yerləşən 21 kürd kəndinin nəzarətini ələ keçirib.

Britaniyada yerləşn Suriya İnsan Haqları Müşahidəsi qrupunun bildirdiyinə görə, yaraqlıların ələ keçirdiyi Kobani regionunun sakinləri kütləvi qırğınlar qorxusu ilə evlərini tərk edib, qaçmağa çalışır.

Suriyanın Kürdüstan Demokrat Birliyi Partiyasının sözçüsü Navaf Xəlil Kobanidə 20-dən artıq kəndin itirildiyini təsdiq edib.

Bu arada Suriya hökuməti İraqın şimal və qərb bölgələrini ələ keçirən bu qrupun yaraqlılarını hədəf almağa başlayıb. Hökumətin Əl-Bab şəhərindəki yaraqlılara qarşı hücumu nəticəsində 26 mülki vətəndaş həlak olub.

XS
SM
MD
LG