Accessibility links

İraqın Mosul şəhərində pis hava şəraiti İslam Dövlətinə qarşı əməliyyatarı ləngidir. Yardım agentlikləri isə mülki əhalinin döyüşlərə görə ciddi təhlükə altında olduğunu bildirir.

Norveçin Qaçqın Şurasının bildirdiyinə görə, 1.2 milyon insan olduqca ağır vəziyyətdədir.

Təşkilat minlərlə insanın şəhəri tərk etdiyini və onların bir çoxunun snayper hücumları və partlayıcı qurğuların qurbanı olduğunu bildirir. Şəhərdə qalanlar isə ərzaq, su, dərman qıtlığı yaşayır.

İraqın elitar qüvvələri dünən səhərdən etibarən Mosula qarşı hücuma keçib.

Şəhər ətraflarında onlar güclü müqavimətlə üzləşsələr də, milli televiziya stansiyasını ələ keçirməyə nail olub.

General-mayor Sami Əl-Aridinin bildirdiyinə görə, qüvvələr Mosulun Qocalı məhəlləsinə irəliləyərkən İŞİD-qın müqavimətinə məruz qalıb.

1.2 milyon insan olduqca ağır vəziyyətdədir

General İslam Dövləti yaraqlılarının qüvvələrin irəliləyişinə mane olmaq üçün barrikadalar yerləşdirdiyini deyib.

İraq qüvvələrinin hücumları İŞİD-in Qocalıdakı mövqelərinə qarşı hava zərbələri ilə müşayiət edilir.

Cihadçılar isə hücumlara tanknvuran qurğular və reaktiv raketlərlə cavab verib.

İraqın baş naziri Heydən Əl-Əbədi Mosulda qalan cihadçılara xəbərdarlıq edərək, ordunun onları hər bir yerdə məhv etməyə hazır olduğunu deyib.

“Onların təslim olmaqdan başqa çıxış yolu yoxdur”-deyə baş nazir televiziya ilə çıxışı zamanı bildirib. Heydən Əl-Əbədi deyib ki, onların iki seçimi var-ölüm, ya da təslim olmaq.

Təhlilçilər şəhər uğrunda mübarizənin mülki əhalinin Mosulda qaldığına görə çətin olacağını bildirir.

İŞİD şəhərin yolları və binalarına partlayıcı qurğular yerləşdirib.

BMT milyona yaxın insanın evlərindən didərgin düşəcəyini təxmin edir. Bildirilir ki, şəhəri artıq 17900 adam tərk edib.

XS
SM
MD
LG