Accessibility links

İŞİD necə yaranıb, necə nüfuz qazanıb


Bir zamanlar İraq və Suriyada böyük ərazilərin nəzarətini ələ keçirmiş İslam Dövləti adı ilə tanınan sərt xətt tərəfdarı cihadçıların qrupu insanların qul halına salınması, zorlanma, qətllər kimi qəddar əməlləri ilə seçilir.

Əsas etibarilə sünni ərəblərdən ibarət qrup olan İslam Dövləti qrupu iordaniyalı Əbu Musab Əl-Zərqavinin 2004-cü ildə başçılıq etdiyi İraqda Əl-Qaidə təşkilatının əsasında yaranıb. İraqda Əl-Qaidə təşkilatı Birləşmiş Ştatların İraq ordusu və Səddam Hüseynin nüfuzlu Bəəs partiyasını ləğv etmək qərarından sonra ölkədə sünnilər arasında onların hüquqlarının pozulduğu ilə bağlı dərin narazılıqları bölüşürdü.

İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi olduğu iddia edilən şəxsin 2014-cü ildə yaraqlıların veb səhifəsində yerləşdirilmiş fotosu
İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi olduğu iddia edilən şəxsin 2014-cü ildə yaraqlıların veb səhifəsində yerləşdirilmiş fotosu

Təşkilat İraqda onlara qoşulmaqdan imtina edən sünni və şiə əhalini terrorizə etməyə başlayaraq, 2006-2007-ci illərdə ölkəni vətəndaş müharibəsinə sürüklədi. Qrupun qəddar əməllərindən bezmiş sünni ərəb qəbilə başçıları 2007-ci ildə Birləşmiş Ştatların dəstəklədiyi “Oyanış” əməliyyatı zamanı İraqda Əl-Qaidə qrupundan üz döndərdi.

Əbu Musab Əl-Zərqavi ABŞ-ın hərbi hava hücumları nəticəsində qətlə yetiriləndən sonra bir müddət İraqda sakitlik dövrü müşahidə edildi. Lakin İraqda Əl-Qaidə təşkilatı sadəcə gizlincə fəaliyyət göstərib, Əbu Bəkr Əl-Bağdadinin başçılığı ilə yenidən meydana qayıtdı.

İraqda ABŞ-ın başçılığı ilə koalisiya tərəfindən saxlanmış Bağdadi Əl-Qaidəni zəif bir təşkilat kimi ləğv edib, öz radikal ideologiyasından İslam Dövləti qrupunu yaratmaq üçün istifadə etdi.

İŞİD döyüşçüləri Suriyada paytaxt elan etdikləri Raqqa şəhərində
İŞİD döyüşçüləri Suriyada paytaxt elan etdikləri Raqqa şəhərində

Qrup İraqda məzhəbçi şiələrin başçılıq etdiyi hökumətin hakimiyyəti dövründə gücləndi və Suriyada müharibə nəticəsində yaranmış siyasi vakuumdan istifadə edərək nüfuz və ərazilər qazana bildi.

Daxili çəkişmələr Əl-Nusra qrupunun İŞİD-dən ayrılmasına və Əl-Qaidəyə sədaqət andı verməsinə səbəb oldu. Lakin İŞİD münaqişəyə presedenti olmayan bit şəkildə xarici ölkələrdən on minlərlə döyüşçünün qatılmasından bəhrələnərək Suriyada mövcudluğunu gücləndirdi.

2014-cü ildə İŞİD Suriyada Raqqa şəhərini “xilafətin paytaxtı” elan etdi və Mosul, Ramadi və Fəllucə kimi şəhərləri ələ keçirərək İraqda hərbi əməliyyatlar keçirdi.

Bağdadi dünya müsəlmanlarını onun ali hakimiyyətini tanımağa çağırdı və öz bədnam adından istifadə edərək yeni döyüşçülərin cəlb edilməsi üçün sosial mediada beynəlxalq kampaniyaya və Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyanın doqquz ölkəsində özü tərəfindən elan edilmiş xilafətin genişləndirilməsinə başladı.

Mülki vətəndaşlar Hələb yaxınlığında Manbicdə Suriya Demokratik Qüvvələri tərəfindən İŞİD-in nəzarətində olan ərazilərdən təxliyyə edilir
Mülki vətəndaşlar Hələb yaxınlığında Manbicdə Suriya Demokratik Qüvvələri tərəfindən İŞİD-in nəzarətində olan ərazilərdən təxliyyə edilir

Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin rəsmilərinin bildirdiyinə görə, İŞİD Avropada da xarici əməliyyatlar şəbəkəsi təşkil edərək, Paris və Brüsseldə hücumlar törədib və Birləşmiş Ştatlardan tutmuş cənub-şərqi Asiya ölkələrinə qədər terror hücumlarının həyata keçirilməsinə nail ola bilib.

ABŞ İraqda Əl-Qaidə və İŞİD-ə qarşı iki administrasiya dövrü mübarizə aparıb. Lakin Birləşmiş Ştatlar 2014-cü ildə İŞİD yaraqlılarının Amerika vətəndaşlarının başlarını kəsməsi, İraq əsgərləri və mülki vətəndaşları kütləvi şəkildə edam etməsi və minlərlə yəzidi qadını ələ keçirilib qul halına salmasından sonra əməliyyatları genişləndirib.

ABŞ hərbi qüvvələrinin rəsmiləri bildirib ki, son iki ildə qrup İraq və Suriyada öz mövqelərini itirən zaman təxminən 45 min İŞİD döyüşçüsü qətlə yetirilib. Lakin ABŞ-ın kəşfiyyat orqanları qrupun hələ münaqişə zonasında 18 minlə 22 min arasında döyüşçüsü olduğunu təxmin edir.

Lakin eyni zamanda İraq və Suriyada qrupun mövqelərini gücləndirməsinin əsasında duran siyasi və təriqət zəminində problemlərin həll olmaması ilə bağlı narahatlıqlar mövcuddur. Buna görə də İŞİD elan etdiyi xilafəti itirsə belə, qrup qlobal terror təhlükəsi olmaqda davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG