Accessibility links

İŞİD sıralarında Mərkəzi Asiya ölkələrindən cihadçılar [TƏHLİL]


Mərkəzi Asiyada Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkkmənistan və Özbəkistandan 5 mindən çox cihadçı İŞİD sıralarında döyüşür.

Ekspertlərin sözlərinə görə, rus dilinin geniş yayıldığı bu ölkələrdən olan müsəlmanlar İŞİD rəhbərliyində rol oynamaqla yanaşı, ekstremist qrupun nəzarəti altında olan ərazilərdə öz icmalarını yarada bilib.

İŞİD- i yaxından izləyən eksperlərin bildirdiyinə görə, rusdilli cihadçılar qrupun sıralarında döyüşən xaricilər arasında ikinci ən böyük qrupdur. Nyu Yorkda qərargahlanan Soufan Qrupunun hesabatına əsasən, 2014-cü ilin iyun ayından Mərkəzi Asiya və Rusiyadan İŞİD sıralarına qoşulanların sayı 300 dəfə artıb. Müxtəlif adətlər, ənənələr, irqi və etnik baxımdan fərqliliklərə baxmayaraq, bu qrupun üzvlərini birləşdirən bir ümumi cəhət var, bu da onların hamısnın kiril əlifbasında oxuyub yazmağı bacarmasıdır. Bu da həmin insanların gəldiyi ölkələr on illərlə Sovet İttifaqının idarəçiliyi altında olduğu zaman rus dilinin oynadığı rolla bağlıdır.

Raqqada hərbi parad, 2014-cü il

Raqqada hərbi parad, 2014-cü il

Bu rusdilli cihadçıların əsas hissəsi İŞİD-in Suriyada faktiki paytaxtı hesab edilən Raqqa şəhərində məskunlaşıb və onlar öz adətləri və ənənələrini davam etdirən icmalar yaradıb.

"Rusdilli döyüşçülər və onların arasında ən tanınmış Əbu Ömər Əl-Şişani İŞİD daxilində yüksək rütbələrə qədər qalxa biliblər. Onların döyüş təcrübəsi nəzərə alındıqda Şimali Qafqazdan olan döyüşçülər ən möhkəm döyüşçülər hesab edilir"-Edvad Lemon, Eksterer universitetində tədqiqatçı

Sakinlər Əbu Bəkr Dağıstani məscidində cümə namazını rus dilində eşidə bilir. Böyüklərə Əbu Müslüm İslam məktəbində ərəb dili və Quran tədris edilir. Uşaqlar isə Rusiyanın Dağıstan respublikasından gəlmiş Əbu Hənif Camaatın başçılığı ilə döyüş briqadasına məxsus rus dilində məktəbdə riyaziyyat və Quranı öyrənir.

Cihadçıların vətəndən ötrü darıxan arvadları isə "Univermaq" adlanan rus mağazasında öz ölkələrində satılan malları ala bilir.

"Rusdilli cihadçılar İŞİD daxilində öz icmalarını yarada bilib". Bunu hazırda Türkiyədə yaşayan və əslən indi Suriyada İŞİD-in nəzarətindəki Deyr Əzzor şəhərindən olan vətəndaş hüquqları fəalı Səlim Əl-Hammud deyir. Onun sözlərinə görə, İŞİD sıralarında Şimali Afrika və Avropa da daxil olmaqla bir çox yerdən döyüşçü var. "Lakin keçmiş sovet respublikalarından gələn böyük sayda insanlar da var"-deyə o bildirir.

"Bu döyüşçülər intizam və hərbi təlim baxımından ərəb və Afrika ölkələrindən gələn başqalarından fərqlənir" deyən Səlim Əl-Hammud bildirir ki, İŞİD rəhbərliyi onları yüksək vəzifələrə təyin edir. Onun sözlərinə görə, onlar möhkəmdir və onların yerli əhaliyə ürəkləri yanmır, başqa cihadçılarla yaxın olmadıqları üçün İŞİD liderləri onlara etibarlı və möhkəm bir qüvvə kimi baxır.

Rus dili Şimali Qafqaz, Mərkəzi Asiya və Rusiyadan gələn cihadçıları birləşdirən bir amildir.

"Rusdilli döyüşçülər və onların arasında ən tanınmış Əbu Ömər Əl-Şişani İŞİD daxilində yüksək rütbələrə qədər qalxa biliblər. Onların döyüş təcrübəsi nəzərə alındıqda Şimali Qafqazda olan döyüşçülər ən möhkəm döyüşçülər hesab edilir"-deyə o əlavə edir.

"Rus dilində danışan cihadçıların birlikdə təlim keçdiyinə dair dəlil var"-deyə Britaniyada Eksterer universitetində tədqiqatçı Edvard Lemon bildirir.

Gürcüstanda anadan olan çeçen əsilli Əl-Şişaninin əsl adı Tarxan Batiraşvilidir. O, Suriyada İŞİD komandiri rütbəsinə yüksələnə qədər 2008-ci ildə Rusiya və Gürcüstan arasında qısa müddətli müharibədə döyüşmüşdü. Şişani bu ilin mart ayında ABŞ-ın hərbi hava qüvvələrinin hücumları zamanı aldığı ağır yaralardan ölüb.

ONLAR ÖZLƏRİNİ MUZDLU DÖYÜŞÇÜ HESAB ETMİR

Döyüşçülərin İŞİD sıralarına pula görə qoşulduğu haqda ümumi fikrə baxmayaraq, onların çoxu Suriyanı doğma ev hesab edib, özlərini muzdlu döyüşçü saymır.

İŞİD sıralarında döyüşdükdən sonra Tacikistana qayıdan Babocon Karabayev deyir ki, döyüşçülər İslam Dövlətini öz evləri hesab edir. Babocon öz ölkəsində ağır iqtisadi duruma görə Rusiyada iş axtarırdı. İş axtarışı səylərinin nəticə verməməsinə görə ruhdan düşən Babocon İŞİD sıralarına cəlb edən şəbəkələrə üz tutub.

"Çoxları pula görə döyüşür, amma başqaları ideologiyaya görə"-deyə o bildirir. Onun sözlərinə görə bir qədər pul almasına baxmayaraq, o, əqidə baxımından başqaları qədər möhkəm olmadığına görə İŞİD sıralarını tərk edib.

"Qrup sıralarına qoşulanların çoxu Rusiyada işləyən miqrantlardır. Sosial dəstəyin olmaması onların qrupun cərgələrinə cəlb olunmasına gətirib çıxarır"-Amerika jurnalisti və tədqiqatçı Ketrin Rutz

Vergidən azad gəlir İŞİD-ə qoşulmaq üçün yaxşı stimul olsa da, qrupun yuxarı rütbələrinə yüksəlmək üçün kifayət deyil.
"İŞİD təbliğatı müsəlmanlar arasında qardaşlıq və İslam Dövləti qurmaq ideyasının əsasında durduğu Xilafətdə müsbət həyatı vurğulayır. Pulun qrupun sıralarına cəlb olunmaq üçün əsas rol oynadığını təsdiqləyən məhdud dəlil var, lakin bunun şübhəsiz ki rolu var"-deyə Edvard Lemon bildirir.

İŞİD sıralarına yeni insanları cəlb edənlər Rusiyada Mərkəzi Asiyadan olan mühacirlərə sosial dəstəyin olmamasından istifadə edir.

"Qrup sıralarına qoşulanların çoxu Rusiyada işləyən miqrantlardır. Sosial dəstəyin olmaması onların qrupun cərgələrinə cəlb olunmasına gətirib çıxarır"-deyə Amerika jurnalisti və tədqiqatçı Ketrin Rutz bildirir. O əlavə edir ki, burada iqtisadi faktor da rol oynayır, belə ki qrup yeni adamlara pul vəd edir.

KİMLİK BÖHRANI

Əbu Ömər Əl-Şişani və Tacikistanda ABŞ tərəfindən təlim aldıqdansonra Yaxın Şərqə gedib orada İŞİD-ə qoşulan polis polkovniki Gulmurod Halimov kimi şəxslərin İŞİD daxilində yuxarı rütbələrə yüksəlməsi rusdilli müsəlmanların öz ölkələrində kimlik böhranı ilə üzləşməsi haqda təsəvvür yaradır.

Soufan Qrupuna əsasən, rusdilli cihadçıların böyük əksəriyyəti Rusiyanın Şimali Qafqaz bölgəsində islamçı ekstremizm probleminin uzun zamandır mövcud olduğu Çeçenistan və Dağıstan respublikalarından gəlir.

"Təkcə qırğızlar deyil, Çeçenistan, Dağıstan, Tacikistan və Özbəkistandan gənclər bu ideya ilə tanış olub və onu özünü ifadə kimi qəbul edib"-Registan.net veb səhifəsinin direktoru Noa Taker

Qırğızıstanda Əl-Sarahsiy məscidinin imamı Raşot Kamalov icma üzvlərini Suryiada İŞİD-ə qoşulmağa çağırdığına görə 2015-ci ilin fevralında "dini nifrət yaymaq" və "ekstremist materiallar yaymaq" ittihamı ilə beş il yarım müddətinə həbs cəzası alıb.

Bununla belə, Kamalov gənc qırğız müsəlmanlar arasında populyar qalmağa davam edir.

"Təkcə qırğızlar deyil, Çeçenistan, Dağıstan, Tacikistan və Özbəkistandan gənclər bu ideya ilə tanış olub və onu özünü ifadə kimi qəbul edib"-deyə Registan.net veb səhifəsinin direktoru Noa Taker bildirir. Veb səhifə Mərkəzi Asiya, Qafqaz və Cənubi Asiya regionlarını araşdırır.

"Onlar İŞİD-in uzun illərdir axtarışında olduqları İslam utopiyası olduğuna inanır. İŞİD-in Mərkəzi və Rusiyadan öz sıralara insanları cəlb etmək üçün materialların əsas diqqət demək olar ki kimlik məsələsinə yönəlir. Siz müsəlmansınız və sizin problemləriniz müsəlmanları əzənlər tərəfindən yaradılıb. Burada həm İŞİD-ə potensial qoşula bilənlərin həyatda çəkdiyi əziyyətlər və eyni zamanda, çıxış yolu göstərilir. İŞİD bu zülmə qarşı müsəlman əks qüvvədir"-deyə o bildirir.

İSLAM UTOPİYASI-RUS VARİANTI

Rusiyanın Suriyada özünün ifadə etdiyi kimi "terrorçulara qar.ə mübarizədə" prezident Bəşar Əl-Əsədin tərəfində olmasına baxmayaraq, bəzi müşahidəçilər Rusiya rəsmilərinin yerli cihadçıların Suriyaya getməsinə təşviq etdiklərini iddia edir.

2014-cü ilin oktyabrında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən odlu silahların qeyri-qanuni daşınmasına görə həbs edilən 32 yaşlı Dağıstan sakini, sələfi Nadir Medetovu dörd aydan sonra Suriyada görüblər.
Bəzi ekspertlər Medetovun təhlükəsizlik zəif olduğuna görə deyil, Kremlin cəmiyyətin problemli insanlarını xarici göndərmək strategiyası yürütdüyünə görə qaça bildiyinə inanır.

"Bu döyüşçülər intizam və hərbi təlim baxımından ərəb və Afrika ölkələrindən gələn başqalarından fərqlənir" -suriyalı fəal Səlim Əl-Hammud

"Rusiya hökumətinin cihadçıların və potensial döyüşçülərin Qafqazdan Suriyada döyüşmək üçün getməsinə aktiv kömək etdiyi haqda məlumatlar var. Burada Rusiyanın hərbi hava qüvvələri Qafqazda artıq cəzasız edə bilmədikləri bir şəkildə onları bombalamaq imkanı əldə edir"-deyə Noa Taker bildirir.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda hərbi qüvvələrin Suriyada 2 min Rusiya cihadçısını qətlə yetirdiyini deyib.

Rusdilli cihadçılar İŞİD-ə həyat tərzi kimi baxır, özü də gələcəklərini burada görür. Məhz buna görə onlar cihadçıların gələcək nəslini yetişdirmək üçün burada öz uşaqlarını böyüdür.

İŞİD-in nəzarətində olan ərazilərdəki rus məktəblərində rusdilli cihadçıların uşaqları müsəlman alimlər tərəfindən intizama öyrədilir.

Mərkəzi Asiya ölkələrində bəzi müsəlman ailələr orada daha yaxşı həyatın olduğunu düşündükləri üçün öz uşaqlarını Yaxın Şərqə köçürür.

Qırğızıstanın Daxili İşlər nazirliyinin bu yaxınlarda açıqladığı hesabata əsasən, son bir neçə ayda Qırğızıstandan Suriyaya yaşı 10-dan aşağı olan 85 uşaq və 36 yeniyetmə gedib.

XS
SM
MD
LG