Accessibility links

12 ölkədə 18 min ərəb arasında keçirilən sorğunun nəticələri göstərib ki, respondentlərin böyük hissəsi onların ölkəsini terror içərisində saxlayan İŞİD yaraqlılarına qarşı mənfi fikirdədir.

Qətərin paytaxtı Doha şəhərində Tədqiqatlar və Siyasət Araşdırmalar üzrə Ərəb Mərkəzi bildirib ki, Yaxın Şərq boyu üz-üzə aparılan sorğuların 80 faizində insanlar Suriya və İraqın böyük hissəsini ələ keçirərək Xəlifət elan edən İŞİD qrupu haqda mənfi fikir ifadə edib. İnsanların 9 faizi isə müəyyən dərəcədə qrupun əməllərini mənfi qiymətləndirib.

Mərkəzin dördüncü il keçirdiyi Ərəb Rəy İndeksi göstərib ki, yarısı qadın və yarısı kişilərdən ibarət 1500 insan ölkələrin hər birində bu ilin may və sentyabr ayları arasında cihadçı qruplar və 5 ilə yaxındır davam edən Suriya vətəndaş müharibəsi haqda rəylərini bildirib.

Araşdırmalar ümumilikdə İŞİD yaraqlı qrupuna qarşı ən çox mənfi rəy 99 faizinin livanlılar olduğunu göstərib. Göstəricilər İordaniya və İraqda 97,Tunisdə 96, Səudiyyə Ərəbistanında 95, Küveytdə 90 faiz olub.

Digər ölkələrdə sorğunun nəticələri İŞİD-ə münasibətin nisbətən zəif, amma yenə də mənfi olduğunu göstərib. Mavritaniyada insanların 74 faizi Əlcəzair və Mərakeşdə 83 faiz, Misir və Sudanda 84 faiz və fələstinlilərin yaşadığı ərazidə 87 faiz İŞİD yaraqlıları haqda nisbətən zəif, amma mənfi düşündüklərini bildirib.

Sorğu nəticələri göstərib ki, Mavritaniyada əhalinin 20 faizi İŞİD-ə qarşı müsbət və çox müsbət mövqedədir. İraq, İordaniya, Tunis və Səudiyyə Ərəbistanında bu rəqəm 2 faiz təşkil edib.

Vaşinqton şəhərində Ərəb Mərkəzinin icraçı direktoru Xəlil Cahşan bildirib ki,regionda dəqiq mövqeyi bilmək üçün tədqiqatçılar Misir, İraq, Səudiyyə Ərəbistanı, Əlcəzair, Mərakeş və Sudan kimi təkcə böyük ğlkələr deyil, hər bir Yaxın Şərq ölkəsində təxminən eyni sayda insanla müsahibə aparıb. İnsanların beşdə bir hissəsi hesab edir ki, İraq və Suriyada İŞİD-ın möhkəmlənməsinin başlıca səbəbi təriqətlər arasındakı gərginlikdir.

Sorğuda iştirak edənlərin 28 faizi regionda demokratik keçidi dəstəkləyib. Respondentlərin 18 faizi fələstinlilərlə bağlı qətnamənin qəbulunun, 14 faizi isə İŞİD-ə qarşı hərbi əməliyyatların intensivləşdiriliməsi və xarici qüvvələrin regiona müdaxiləsinin dayandırılmasını istəyir.

Ərəblərin 62 faizi düşünür ki, Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən getməsi münaqişənin sona çatması üçün ideal yoldur.

Ərəblər Suriya inqiabına müsbət baxmaqda davam edir.

XS
SM
MD
LG