Accessibility links

Ordu sözçüsü: İraq və Suriyada 2500 İŞİD yaraqlısı öldürülüb


ABŞ ordusunun sözçüsü Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin ötən ilin dekabr ayında İraq və Suriyada 2500 yaraqlını öldürdüyünü bildirib.

Polkovnik Stiv Uorren müxbirlərlə söhbəti zamanı İŞİD-in 20 min kvadrat kilomertlik ərazinin nəzarətini itirdiyini deyib.

Əgər İŞİD-ə üzvsünüzsə sizi ölüm gözləiyr

​O, İslam Dövlətinin may ayından bəri heç bir ərazini ələ keçirmədiyini bildirib.

"İŞİD-in məğlubiyyət yolunda olduğuna inanırıq. Əgər İŞİD-ə üzvsünüzsə sizi ölüm gözləiyr. Bizim hədəfimiz budur"- deyə Uorren sözünə davam edib.

Sözçü koalisiya qüvvələrinin hücumlarını intensivləşdirməsinin İslam Dövlətinin neft hasilatına ciddi təsir göstərdiyini və onların əldə etdiyi gündəlik 45 min barrel neftin 34 min barrelə endiyini bildirib.

Keçən həftə İslam Dövləti Bağdadın qərbində yerləşən Ramadi şəhərindən çıxarılıb.

İŞİD terrorçuları intiharçılar, tələlər və snayperlərdən istifadə edərək İraq qüvvələrinin irəliləməsinin qarşısını almağa çalışıb.

Onlar bu məqsədləri üçün mülki vətəndaşlardan qalxan kimi istifadə edib.

Uorren İraq qüvvələrinin Ramadini təmizləyərkən mülki əhalinin kütləvi şəkildə qətlə yetirildiyinin aşkar edildiyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG