Accessibility links

İŞİD və sosial media [Təhlil]


Qərb siyasətçiləri İŞİD-i onlayn məkanda məğlub etməyi təklif edirlər

Ötən ay Parisdэ həyata keçirilən terror hücumları Qərbiт siyasi liderlərini Suriya və İraqda İŞİD-i məğlub etmək üçün hərtərəfli strategiya hazırlamağa vadar edib. Onlar həmçinin müşahidəçiləri İslam Dövləti qrupunun mövcud olduğu daha böyük məkanda, yəni internetdə məğlub etməyə diqqət yetirməli olduqlarını xatırladıb.

İŞİD-də sosial media sahəsində çalışan və müvafiq dərəcədə təcrübəyə sahib adamlar var. Onlar təbliğat materialı yerləşdirməkdə çox təcrübəlidirlər

ABŞ Dövlət Departamenti və müxtəlif qeyri-hökümət təşkilatları sosial mediada İŞİD-ın və zorakılıqların təbliğatının qarşısını almağa çağırıb. Amma bir sıra təhliliçi Amerikanın Səsinə bildirib ki, onların səylərinin məhdud nəticələri olub, İŞİD isə sosial media strategiyalarını daha da inkişaf etdirib.

Hətta Anonymous kimi tanınan gizli haker qrupu bu mübarizəyə qoşularaq, İŞİD-ə qarşı müharibə elan edib və qrupun onlayn mövcudluğuna zərbələr endirəcəyini vəd edib. Amma elə görünür ki, bu səylər nəticədən çox xəbər başlıqları yaradıb.

Buna baxmayaraq, İŞİD-ə qarşı onlayn mübarizə ilə bağlı fikir birliyi yaranır.

Emosiya = Paylaşım

“Artıq bəllidir ki, İŞİD sosial mediada son dərəcə mütəşəkilləşib və bu platformadan son dərəcə zorakı bir şəkildə istifadə edir,” deyə İŞİD: Terror Dövləti adlı kitabın həm-müəllifi C.M. Berger bildirir. “Qrupda bu sahədə çalışan və müvafiq dərəcədə təcrübəyə sahib olan adamlar var. Onlar təbliğat materialı yerləşdirməkdə çox təcrübəlidirlər.”

Bergerin sözlərinə görə, İslam Dövləti qrupu eyni zamanda bir neçə sosial media strategiyasından istifadə edir. Bu strategiyalar spesifik auditoriyanı hədəfləyir və xüsusi reaskiya yaratamağa yönəlib.

Tvitter loqosu
Tvitter loqosu

“Onlar son dərəcə ifrat zorakılıqların nümayiş etdirildiyi videolarına görə tanınır. Amma eyni zamanda, onlar xəlifəlik adlandırqdıqları məkanda adi həyatlarını təsvir etdiyini iddia etdikləri videolar paylaşır,” deyə Berger Amerikanın Səsinə bildirib.

“Təbii ki, bu videolar üzərində çox işləyiblər və onlar monatj edilib. Amma yenə də onlar adi vətəndaşların həyatını təsvir edən videolar paylaşır: insanların zibil atdığı, yol hərəkatının idarə olunduöu videolar ki, bunlar bir ölkədə baş verən hadisələrdir. Bu da onların insanları cəlb etmə tərzidir.”

Məsələləri çətinləşdirən isə odur ki, İŞİD materiallarını paylaşmaq üçün minlərlə media hesabından istifadə edir. Sosial mediada geniş yayılacaq mövzunun hazırlanması çətin olsa da, Ketrin Milkman bunun mükün olduğunu deyir. Milkman Pensilvaniya Universitetinin Wharton Məktəbinin professorudur və qərar qəbul etmə və sosial media paylaşımını araşdırır. Onun araşdırmasına əsasən, onlayn uğurun əsas səbəbi emosiyalardır.

“Ürəyin tez-tez döyünməsinə səbəb olan emosiyalar insanları onlayn gördüklərini paylaşmağa vadar edir. Yəni insan həyəcanlananda, ürəyi tez-tez döyünməyə başlayanda “paylaş” düyməsinə basır.”

“Ürəyin tez-tez döyünməsinə səbəb olan emosiyalar insanları onlayn gördüklərini paylaşmağa vadar edir. Yəni insan həyəcanlananda, ürəyi tez-tez döyünməyə başlayanda “paylaş” düyməsinə basır.”

İŞİD-in social media materiallarının geniş yayılmasının səbəbi də professor Milkmanını araşdırmasının nəticələri ilə uyğun gəlir. Girovların amansıca öldürülməsini göstərən videolar və ya Beyrut, ya da Nigeriyada yüzlərlə, minlərlə insanın ölümünə səsəb olan terror hücumlarını alqışlayan tvitlər insanları qəzəbləndirməyə yönəlib… bu isə insanları onlayn məzmunu paylaşmağa təkan verən ilkin faktordur.

Anonymous qrupu da mübarizəyə qoşulur

Bir neçə həftə əvvəl İŞİD-ə qarşı onlayn “müharibə”yə başlayandan bəri Anonymous haker qrupu bəzi uğurlar əldə edib. Adının açıqlanmasını istəməyən qrupun bir üzvü Amerikanın Səsinə bildirib ki, İŞİD-lə əlaqəsi olan “azı 5.000” social media hesabı bağlanıb, onlarla veb səhifəyə giriş isə qadağan edilib.

Beynəlxalq xakerlik şəbəkəsinin fəalları
Beynəlxalq xakerlik şəbəkəsinin fəalları

Qrupun üzvü həmçinin qeyd edib ki, Anonymous dekabrın 11-ə “Qəzəb Günü” planlaşdırır ki, bu gündə qrup insanları internetdə İŞİD-i məsxərəyə qoymağa, əsasən də ölən İŞİD əsgərlərinin dəhşətli şəkillərini paylaşmağa çağırır.

Milkmanın sözlərinə görə bu cür taktikalar yaratdıqları emosiyalaa görə geniş yayıla bilər. Amma bəziləri də bu cür taktikaların effektivliyini və İŞİD-in onlayn pralformadan silinməsi strategyasını sual edir.

Mayk Smit Kronos Advisory müdafiə məsləhət qrupunun həmtəsisçisi və Anonymous haker qrupunun keçmiş üzvüdür. Bu günlər o könüllü olaraq ABŞ hökümət agentlikləri və “Ghost Security Group”-u İŞİD-in onlayn fəaliyyəti barədə kəşfiyyat materialları toplayan adları açıqlamayan “kiber-əməliyyatçılar” arasında vasitəçi olaraq çalışır.

“İnternet vasitəsilə İŞİD terrorçu qruplar arasında qlobal səviyyədə tarixdə ən effektiv terror fəaliyyəti ilə məşğul olur. Onların fəaliyyətinin əsas komponenit olan onlayn mövcudluğun aradan qaldırılması istəyi təbii bir haldır,” deyə Smit bildirir.

İnternet vasitəsilə İŞİD terrorçu qruplar araasında tarixin ən effektiv terrorçu fəaliyyəti ilə məşğul olur.

Amma onun fikrincə, İŞİD-in onlayn hesbaları başqa cür əldə olunmayacaq kəşfiyyat məlumatlarının toplanmasında böyük rol oynayır.

“GSG əməliyyatçıları İŞİD-in hədəfləri, hücum planı və konkret qruplar haqda spesifik məlumat toplaya bilib” deyə Smit bildirib.

Bir sözlə, İŞİD-in döyüşçü cəlb etmək və təbliğat aparmaq üçün istifadə etdiyi sosial media hesablarını bağlamaq Anonymous-un İŞİD-i onlayn məkandanyığışdırmasına kömək etsə də, Smitin fikrincə bu, vacib əks-terror təhqiqatlarına mane ola bilər.

Mayk Smit: “İnternetdən qlobal əmliyyatlar üçün istifadə etməyin müəyyən riskləri var. Buna isə insanların İslam Dövləti qrupunun üzvlərinin mövqeyini müəyyən etməsi və ya İŞİD dəstəkçisinin İŞİD-in planları barədə məlumat toplayan biri ilə əlaqə yaratmaq riski daxildir.”

Nə etmək olar?

İŞİD-in təbliğat videosundan bir kadr
İŞİD-in təbliğat videosundan bir kadr

İŞİD-in və daha geniş cihadçı hərəkatın mesajlarının qarşısını almaq illərlə vaxt aparacaq.

Amma Amerikanın Səsinə danışan təhlilçilər daha çox işlərin görülə biləcəyi məsələsində razılaşır. Smitin fikrincə, bunun ən effektiv yolu İŞİD-in ərazisini geri alaraq, “İslam Dövləti xəlifəliyi” hekayəsinə son qoymaqdır.

“Ərazisi olmasa İŞİD xilafəti idarə edən böyük cihadçı hərəkat olduğunu sübut edə bilməyəcək və beləliklə qrupun ən böyük iddiaları dağılacaq. Bu isə öz növbəsində, qrupun yaratdığı təhlükələri məhdudlaşdıracaq.”

Milkman isə deyir ki, onlayn məkanda insanları təşviq etmək anti-İŞİD mesajlarının yayılmasına kömək etsə də, bunu təkcə insanları hirsləndirərək etmək olmaz.”

“Buna müsbət mesajlar da daxil olmalıdır: məsələn, dünyada baş verən xoş hadisələrə və ya başqalarına ziyan verənlərə qarşı əldə edilən qələbələrə diqqət yetirmək.”

Ərazisi olmasa İŞİD xilafət idarə edən böyük cihadçı hərəkat olduğunu sübut edə bilməyəcək.

Berger ABŞ hökümətinin də öhdəliyinə böyük payın düşdüyünü qeyd edir:

“ABŞ höküməti onlayn məkanda, əsasən də sosial mediada daha aktiv olmalıdır. Bu isə məzmundan çox, rəqəm deməkdir,” deyə o bildirib.

Berger həmçinin qeyd edib ki, “ABŞ höküməti internetdə daha çox məlumat yerləşdirməlidir. Hər gün social mediada paylaşıla bilən informasiya var. Bu Amerika haqda sadə və ziddiyyətsiz məlumatlar olmalıdır.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG