Accessibility links

Yanvarda ABŞ-da işsizlik səviyyəsi 5 faizdən aşağı olub [Video]


ABŞ-da yanvar ayında gözlənildiyindən az - sadəcə 151,000 - yeni iş yeri yaranıb. İqtisadçılar bu rəqəmin 190 min olacağını gözləyirdilər. Lakin yeni yaranan iş yerləri sayəsində işsizlik səviyyəsi 4.9 faizə enib. Bu, isə son 8 ilin ən aşağı işsizlik göstəricisidir. Bəs onda niyə ABŞ səhmlərinin qiymətləri düşür? Təhlilçilər səbəbləri fərqli baxışlarla izah edirlər.

Hazırda Birləşmiş Ştatlar dünyanın ən güclü və dayanıqlı iqtisadiyyatına sahibdir.

Yanvar ayına əldə olunan iş statisktikası qarışıqdır. Bir tərəfdən ABŞ iqtisadiyyatına gözlənildiyindən daha az iş yeri əlavə olunub. Digər tərəfdən isə saatbaşı əmək haqqı artıb. Bu isə əmək bazarının daraldığını göstərir ki, bu da gəlirlərin arta biləcəyindən xəbər verir. Ümumilikdə isə, bankrate.com-dan Mark Hamrik bunun sevindirici bir hal olduğunu deyir.

“Məncə bu rəqəmlər bizə ABŞ iqtisadiyyatının sabit olduğundan əmin ola biləyəcəyimizi göstərir. Amma bir məsələ də var ki, işə qəbul tempi 2015-ci ilin son üç ayındakı kimi güclü olmayıb.”

İş yerlərinin sayı məyusedici olsa da, Prezident Obama deyir ki, bu rəqəm özəl sektorda 71 ay boyunca iş yerlərinin artdığının göstəricisidir.

“Hazırda Birləşmiş Ştatlar dünyanın ən güclü və dayanıqlı iqtisadiyyatına sahibdir. Bilirəm ki, bu nəticə, Nyu Hempşir praymerizinə hazırlaşan Respublikaçılar üçün əlverişsizdir... amma hər zaman hər kəsi məmnun etmək mümkün deyil,” deyə cənab Obama bildirib.

Əgər yaxşı xəbərlərin sayı çoxalsa, Federal Ehtiyyatlar Bürosu, yəni Fed, faiz dərəcələrini artıra bilər. Digər tərəfdən isə əgər pis xəbərlər gəlməyə davam etsə, Fed faiz dərəcələrini artırmayacaq ki, bu da ümumilikdə bazarlar üçün müsbət bir hal olacaq.

Bəs əgər ABŞ iqtisadiyyatı çiçəklənirsə, o zaman niyə iş yerləri ilə bağlı hesabat açıqlandıqdan sonra səhm qiymətləri düşüb? İnvestisiya strateqi Kevin Kelli hər şeyin rəqəmləri necə şərh etdiyimizdən asılı olduğunu deyir.

“Bütün məsələ bizim bunu yaxşı və ya pis xəbər olaraq qəbul etməyimizdən asılıdır. Çünki əgər yaxşı xəbərlərin sayı çoxalsa, Federal Ehtiyyatlar Bürosu, yəni Fed, faiz dərəcələrini artıra bilər. Digər tərəfdən isə əgər pis xəbərlər gəlməyə davam etsə, Fed faiz dərəcələrini artırmayacaq ki, bu da ümumilikdə bazarlar üçün müsbət bir hal olacaq.”

Hazırda bəzi iqtisadçılar deyir ki, ABŞ mərkəzi bankını iş yerlərinin artımında daha çox azalan neft qiymətlərinin yaratdığı ölkədaxili təsirlər, başda Çinin olmaqla qlobal iqtisadi tənəzzül və zəif inflasiyanın daxil olduğu bir sıra digər amillər narahat edir.

XS
SM
MD
LG