Accessibility links

Dekabr ayında ABŞ-da işsizlik səviyyəsi 5.6 faizə enib. Bu rəqəm son altı ildə ən aşağı göstəricidir.

Əmək Nazirliyinin hesabatında iqtisadiyyata 252 min iş yerinin əlavə olunduğu bildirilir.

Hər iki göstərici iqtisadçıların gözlədiyi rəqəmlərdən daha yaxşıdır və bu, son 15 ildə iş artımının ən yüksək səviyyədə olduğunu göstərir.

İşsizlik səviyyəsi ötən ilə nisbətən 1 faiz düşsə də, hələ 8.7 milyon insan işsiz qalır, digər 6.8 milyon isə yarımştat işlədikləri üçün tam-ştat iş axtarır.

Hesabatda həmçinin maaşların inflasiya ilə eyni səviyyədə artdığı göstərilir.

XS
SM
MD
LG