Accessibility links

Suriya və neftlə zəngin İraqda əsas mövqelərini itirən İŞİD yaraqlılarının iqtisadi bazaları tükənməyə başlayıb. Təhlilçilərin fikrincə, qrupun əlində olan bölgələrdən külli miqdarda gəlir əldə edirdi.

Türkiyənin dəstəyi ilə Suriyanın rəqib döyüşçüləri Carablus şəhərini yaraqlıladan təmizləyib. İki ildən çox bir müddətdə İŞİD nəzarətində olan bu bölgə ona xarici döyüşçülərin cəlb edilməsi, xam neft və digər ləvazımatın əldə edilməsi üçün xidmət göstərirdi.

Hazırda İŞİD Suriya-Türkiyə sərhədyanı bölgələrinin yalnız 40 kilomertlik ərazininə malikdir. Bu isə qrupun sərhəd qara bazar fəaliyyətlərinin məhdudlaşması deməkdir.

Bundan əlavə İraq qüvvələrinin neftlə zəngin Qayyarah şəhərini geri alması ilə İslam Dövləti əsas gəlir mənbəyindən məhrum edilib.

Yaraqlılar şəhəri tərk edərkən neft sahələrində yanğın törətsə də gəlir mənbəyini itirmiş olub.

İŞİD-in bu şəhərin next quyularından gündəlik neft hasilatı 10 min barrel təşkil edirdi. Bu isə ekstremistlərin milyonlarla dollar gəlir itkisi deməkdir.

İslam Dövlətinin maddi təməli sarsıldıqca, onun ictimai qulluqçularının da maaşları 50 faiz kəsilib. Estremist döyüşçülərin maaşları 20 faiz azaldılıb.

ABŞ-ın başçılıq etdiyi koalisya qüvvələrinin İŞİD-in nəzarətində olan Deir Ezzor şəhərinin neft sahələrini bombalaması neft istehsalını 90 fair azaldıb.

Nağd pul axınını dayandırmaq üçün İŞİD şübhəli xarici bizneslərlə qara bazar ticarətini genişləndirməyə çalışır. Qrup buna görə qızıl və nağd pul ehtiyatını xərcləməli olur.

Lakin təhlilçilər İraqın Mosul və Suriyanın Deir Ezzor şəhərlərinin hələ də yaraqlıların əlində olmasına görə, İŞİD iqtisadiyyatının nə zaman tam çökəcəyini təxmin edə bilmir.

Show comments

XS
SM
MD
LG