Accessibility links

Britaniyanın müdafiə xidmətinin rəhbəri Nik Nyuqton bildirib ki, ABŞ-ın hava zərbələrinin İraqda cihadçıların liderlərini öldürməsinə baxmayaraq, İŞİD komandanlığını yenidən bərpa edəcək.

BBC-yə müsahibə verən hərbiçi deyib ki, cümə günü gecə Mosul yaxınlığında Amerikanın hücumu nəticəsində Əbu Bəkr Əl-Bağdadinin öldürüldüyünü təsdiq edə bilməz. Lakin o bildirib ki,Bağdadi öldürülmüş olsa belə bunun cihadçılara qarşı əks strategiya olacağını söyləmək olmaz.

İraqda isə hava hücumları zamanı İslam Dövlətinin liderlərinin öldürülməsi ilə bağlı təhqiqatlar davam etdirilir.

ABŞ prezidenti hava hücumlarının cihadçıların qabiliyyətini azaltdığını və onların irəliləməsinə ciddi şəkildə mane olduğunu deyib.

Barak Obama bildirib ki, əlavə 1500 əsgərdən ibarət qüvvənin təlimlər məqsədi ilə İraqa göndərilməsi islamçılara qarşı mübarizənin yeni fazasıdır.

ABŞ dövlət başçısı qüvvələrin sayının iki dəfə artırılmasının iraqlılara hücumlarda yardım edəcəyini desə də, ABŞ qüvvələrinin döyüşlərdə iştirak etməyəcəyini bildirib.

XS
SM
MD
LG