Accessibility links

İŞİD Əfqanıstanda polis bölməsinə hücum edib


Nazyan district, in Nangarhar province, Afghanistan

Nazyan district, in Nangarhar province, Afghanistan

Əfqan rəsmilərinin verdiyi məlumata görə, İŞİD yaraqlıları Əfqanıstanın şərqində polis rəisi də daxil olmaqla, ən azı 6 təhlükəsizlik qüvvəsini qətlə yetirib.

Hücum Pakistanla sərhəddəki Nənqahar vilayətinin Hsaka Mena qəsəbəsinin baş polis məntəqəsinə qarşı həyata keçirilib. Bu hücumdan sonra saatlarla davam edən şiddətli qarşıdurma zamanı İŞİD-in 15 döyüşçüsü öldürülüb, 7 nəfər isə yaralanıb. Bu barədə məlumat vilayətin hökumət sözçüsü verib.

Sözçü Attaullag Xoqyani Amerikanın Səsinə bildirib ki, zamanında yetişən əlavə silahlı qüvvələr hücumun qarşısını almağa müvəffəq olsa da, qarşıdurma zamanı 6 polis işçisi yaralanıb.

Buna baxmayaraq yerli media və sakinlər hücum zamanı azı 11 təhlükəsizlik personalının yaralandığını və onların 6-nın vəziyyətinin kritik olduğunu bildirib.

Məsciddə partlayış

Dünən isə Nənqahar vilayətinin rəsmiləri namaz zamanı məsciddə baş vermiş güclü partlayışın ən azı 4 nəfərin ölümünə, onlarla adamın yaralanmasına səbəb olduğunu bildirib.

Vilayət hökumətinin sözçüsü Ataulla Xoqyaninin Amerikanın Səsinə verdiyi məlumata görə, ölənlər arasında məscidin imamı da olub. Yaralıların bir çoxunun vəziyyətinin ağır olmasa ölənlərin sayının çoxalacağı ehtimallarını artırır.

Pakistan sərhədinə yaxın ərazidə yerləşən Nənqahar şəhərində cümə günü baş vermiş partlayışa görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib. Ərazidə həm İŞİD, həm də Taliban bazalarının olduğu bildirilir.

XS
SM
MD
LG