Accessibility links

İraqda İslam Dövləti tərəfindən həyata keçirilən kamikadze hücumu nəticəsində iki yüksək rütbəli komandir həlak olub. Onlardan biri general-mayor Əbdul Rəhman Əbu-Reqhif və digəri isə briqada generalı Sefin Əbdul Maquiddir.

Hücum zamanı digərlərinin də həlak olduğu bildirilir.

Rəsmilərin bildirdiyinə görə, hadisə Ənbar vilayətinin Ramadi şəhərində baş verib. Ekstremistlərin əlində olan bu şəhərin nəzarəti uğrunda aylardır mübarizə gedir.

ABŞ-ın başçılıq etdiyi koalisya qüvvələrinin yardımı ilə İraq ordusu İraq və Suriyada bir sıra əraziləri ələ keçirən İŞİD-ın məhvinə çalışır.

Eyni zamanda ifrat millətçi sünni qrupu Suriyda daha 5 kəndin nəzarətini ələ keçirib.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun məlumatında kəndlərin Hələb vilayətində yerləşdiyi və onların bəzilərinin ABŞ və Türtkiyənin uşaqlara yasaq zona elan etmək istədiyi ərazilərə yaxın olduğu bildirilir.

XS
SM
MD
LG