Accessibility links

İraq və Suriyada İŞİD mövqelərinə hücumlar həyata keçirən ABŞ hökuməti qruplaşmaya qarşı uzunmüddətli quru əməliyyatları keçirmək məqsədinin olmadığını bildirib.

Müdafiə naziri Eş Karter deyib ki, strateji dəyişikliyə havadan hücumlar və yerdən hücumlar daxildir.

Karter bu həftə Konqres dinləməsi zamanı ötən həftəkinə bənzər reydlərin gələcəkdə də keçirilə biləcəyini bildirib.

Ötən həftə bir ABŞ döyüşçüsünün həlak olmasına baxmayaraq ABŞ qoşunları kürd qüvvələrinə İraqda təxminən 70 nəfər girovu azad etməyə kömək edib.

Karter və birgə qərərgahlar rəisi qanunvericilər qarşısında etiraf edib ki, ABŞ İŞİD yaraqlılarına qarşı döyüşməkdə çətinlik çəkir.

Prezident Barak Obama İraq və Suriyaya Amerika piyada döyüşçülərinin göndərilməsinə dair qərar verib.

XS
SM
MD
LG