Accessibility links

İŞİD qruplaşmasının 5 intiharçısı İraqın Bağdaddakı hər bazasına hücum edərək təhlükəsizlik qüvvələsinin 12 üzvünü qətlə yetirməklə yanaşı, 20 nəfərin də yaralanmasına səbəb olub. Bu barədə məlumatı İraq rəsmiləri verib.

İki intiharçı avtomobilə yerləşdirilmiş bombaları Speyçer düşərgəsinin qərb qapısı qarşısında partladıb. Sünnilərin şəhəri olan Tikrit yaxınlığındakı bu düşərgə əvvəllər ABŞ-ın hərbi bazası kimi fəaliyyət göstərib.
Digər 3 intiharçı isə özünü bazanın İraq polislərinin təlim keçdiyi hissəsinə daxil olaraq partladıb. Bu barədə polis və Salahuddin əməliyyatlarının komandanlığındakı hərbi mənbə məlumat verib.

İraqın şimal və qərb bölgələrinə nəzarət edən İŞİD yaraqlı qruplaşması onlayn açıqladığı bəyanatda hücumların məsuliyyətini öz üzərinə götürüb.

Bəyanatda deyilir ki, onlar xainlərin ordusundan təlimçiləri hədəf alıblar.

XS
SM
MD
LG