Accessibility links

İŞİD kimyəvi silahlardan istifadə edibmi?


Qərb rəsmiləri və eləcə də Yaxın Şərq müttəfiqləri İŞİD terror qruplaşmasının ciddi narahatlıqlara səbəb olan kimyəvi silah proqramını yaxından izləməyə çalışır.

Fransa baş naziri Manuel Valls 129 nəfərin həyatına son qoyan Paris hücumlarından sonra da bu barədə xəbərdarlıq bəyanatı açıqlayıb.

"Biz bilirik ki, kimyəvi və bakterioloji silahlar riski də mövcuddur. Biz bunu istisna etməməliyik"

"Biz bilirik ki, kimyəvi və bakterioloji silahlar riski də mövcuddur. Biz bunu istisna etməməliyik" - deyə Valls parlament qarşısında çıxışı zamanı bildirib.

İndiyədək ən çox narahatlığı bildirən kürd rəsmilər olub. Onlar dəfələrlə İŞİD döyüşçülərini İraq və Suriyada kimyəvi silahlardan istifadəyə cəhddə ittiham edib.

"Onlar Mosul və Rəqqadakı laboratoriyalarda kimyəvi silahlar hazırlamaqla məşğuldur," deyə Kürdüstan regional hökumətinin kəşfiyyat agentliyinin direktoru Lahur Talabani Amerikanın Səsinə müsahibədə bildirib.

"Allah eləməsin onlarda təkmilləşdirilmiş kimyəvi silah növləri olsun, o zaman vəziyyət çox pis ola bilər," deyə o, əlavə edib.

İŞİD-n aqressiv şəkildə letal silahlar əldə etməy çalışmasından narahat olan ABŞ rəsmiləri onların hazırki qabiliyyətləri barədə ehtiyatlı davranır.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ən azı hazırki anadək terror qruplaşmasının kimyəvi və bioloji silahlar proqramını inkişaf etdirməsinə dair təsdiq olunmuş məlumat yoxdur.

"Biz həmişə İŞİD-in kimyəvi, bioloji və radioloji silahlar əldə etmək marağınının olmasından narahat olmuşuq. Biz bu iddiaları çox yaxından izləyirik və təhlükələrə qarşı daha tədbirli olmağa çalışırıq," deyə mayor Ceyms Brindel bildirib.

"Mütəxəssislər yüksək əminliklə təsdiq edib ki, ən azı iki nəfər sulfur xardalının təsirindən dünyasını dəyişib. Çox güman ki, sulfur xardalının təsirləri bir körpənin ölümünə də yol açıb".

Bu ayın əvvəl Kimyəvi Silahların Qarşısının Alınması Təşkilatı bu nəticəyə gəlib ki, avqust ayında davam edən döyüşlər zamanı Suriyanın Hələb şəhərinin şimalında kimyəvi silahlardan istifadə olunub.

"Mütəxəssislər yüksək əminliklə təsdiq edib ki, ən azı iki nəfər sulfur xardalının təsirindən dünyasını dəyişib. Çox güman ki, sulfur xardalının təsirləri bir körpənin ölümünə də yol açıb".

Ancaq təşkilat hansi tərəfin kimyəvi silahdan istifadə etdiyinə dair açıqlama verməyib.

Keçən ay kürd rəsmilər deyib ki, Permərgə döyüşçüləri üzərində aparılan analizlər göstərib ki, onlar xardal qazının təsirinə məruz qalıb.

ABŞ ordusu iddiaları araşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG