Accessibility links

İraqda məzhəblərarası zorakılıqlar İŞİD-i yaşadır [Təhlil]


Rəsmi Bağdadın İŞİD-i ölkədən təmizləmək və eksteimistlərin kökünü kəsmək səyləri terror qruplarının yenidən canlanmasına gətirib çıxara bilər.

Mən şiə dəstələrinin Mosulda böyük rol oynayacağından narahatam. Fallucada olduğu kimi intiqam hallarına bənzər hadisələr qeydə alına bilər.

İnsan haqları qrupları bir zamanlar İŞİD nəzarətində yaşamış iraqlı sünnilərə göstərilən rəftardan narahat olduqlarını bildiriblər.

“Bir qrup insan İŞİD-dən ayrıldıqdan sonra yoxa çıxıb,” deyə Donatella Rovera Amnesty İnternational təşkilatının beynəlxalq böhran üzrə baş məsləhətçisi Amerikanın Səsinə bildirir.

“İŞİD-dən ayrılanlar barədə belə bir fikir mövcuddur ki, onlar qrupa könüllü qoşulub, ekstremistlərlə əməkdaşlıq ediblər,” o bildirir.

Ramadi şəhəri, İraq

Ramadi şəhəri, İraq

Yoxa çıxanların İraq hərbisi ilə birgə əməliyyatlar aparan Şiə dəstələri tərəfindən qaçırıldığı ehtimal edilir.

İŞİD-lə əməkdaşlıq edilən kişilərin Kərbala, Hizbullahın nəzarətində olan Razazah yaxınlığındakı yoxlama məntəqəsində və ya Fəllucə yaxınlığında yerləşən Şiələrin nəzarətində olan təhlükəsizlik məntəqəsində yoxa çıxdığı deyilir.

Qisas qorxusu

Şiə dəstələrin Mosuldan uzaq durmasına baxmayaraq, İraq qüvvələrinin şəhəri ələ keçirməsi ilə oraya axın edəcəkləri ehtimal edilir.

“Mən şiə dəstələrinin Mosulda böyük rol oynayacağından narahatam. Fallucada olduğu kimi intiqam hallarına bənzər hadisələr qeydə alına bilər,” deyə ABŞ hərbisinin xüsusi qüvvələrinin zabiti və İraqın Terrorizimlə mübarizə xidmətinin sabiq məsləhətçisi Deyvid Vitti bildirir.

Dörd-beş ay, bir il sonra hökumət paylaşılmazsa, xidmətlər göstərilməzsə, məzhəblərarasıarası münaqişə hələ də davam edərsə, bu, İŞİD-in yenidən peyda olmasına zəmin yaradacaq.

Mosulun İŞİD-dən azad ediləcəyi təqdirdə İraq rəsmiləri iki ildən çox İŞİD idarəçiliyində yaşayan bir miliyondan çox insanın taleyi barədə qərar vermək dilemması ilə üzləşirlər.

“Burada sual yaranır: Ədliyyə sistemi onların öhdəsindən necə gələcək?” BMT-nin İraqdakı missiyasının insan haqları üzrə rəhbəri Fransesko Motta sual edir.

O, Amerikanın Səsinə bildirib ki, minlərlə insanın işi ilə hər hansı bir ədliyyə sisteminin məşğul olması imkansızdır.

Mülkü vətəndaşlar Mosuldan qaçır.

Mülkü vətəndaşlar Mosuldan qaçır.

Qeyri-işlək sistem

İnsan haqları qrupu sistemin çökdüyünü deyir.

Ənbər vilayətində əvvəllər İŞİD-in nəzarətində olmuş Ramadi və Fəllucə şəhərində minlərlə insan saxlanılıb. Onlarlı dindirənlərin sayı kifayət qədər deyil. Vəkilləri çox aşağı səviyyədədir və işlərin çox az sayını nəzərdən keçirirlər. Bu haqda məlumatı Amnesty İnternational yayıb.

“Nəinki onların mütəxəssisi yoxdur, ora bazara bənzəyir,” deyə Rovera bildirib.

“Bu şərait altında heç bir insan yaxşı iş görə bilməz, hətta onlar mütəxəssis olsalar belə,” deyə o əlavə edib.

Qeyri-işlək ədliyyə sistemi ilə heç bir müsbət nəticə alına bilməz.

“Ümid edirik ki, İŞİD ilə əməkdaşlıq edən insanlar hüquqi sistemə təhvil veriləcəklər. Lakin bəziləri bəlkə heç o mərhələyə çatmayacaq,” deyə Vitti bildirib.

Şüphəlilərin qaçması

Vəziyyəti çıxılmaz hala salan digər faktor isə İraq hökuməti və Kürd reginal hökuməti tərəfindən idarə olunan rəsmi təhlükəsizlik prosesində resuslarının qıt olmasıdır.

İŞİD-lə əməkdaşlıq etməkdə şübhəli bilinən iraqlılar və xarici döyüşçülərin dərhal Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanma mərkəzlərinə göndərilməsi nəzərdə tutulur.

Problem ondadır ki, bu insanların sayının minlərlə olacağı gözlənilir. On minlərlə insan İŞİD-in nəzarətində olan ərazilərdən qaçmağa nail olublar və bir miliyona yaxın insanın Mosulda olduğu güman edilir.

Qadınlar və uşaqlar da həmçinin günahkar hesab edilə bilər.

"Ailələrlə də döyüşçülərlə olduğu kimi rəftar ediləcəyindən narahatıq," deyə Motta bildirir. Bu, çox mühim məsələdir.

Motta həmçinin vurğulayır ki, iki ildir davam edən münaqişədə sadəcə İŞİD döyüşçüləri təqsirkar deyil.

Ailələrlə də döyüşçülərlə olduğu kimi rəftar ediləcəyindən narahatıq.

İŞİD sünnilərin çoxluq təşkil etdiyi yerlərdə məskən salmışdı və Şiələrin çoxluq təşkil etdiyi İraq hökumətinə qarşı mübarizə aparırdı.

Əgər sünnilər məzhəblərarası münaqişənin davam edəcəyindən qorxurlarsa, İraqın gələcəyi bir o qədər də parlaq görünmür.

Dörd-beş ay, bir il sonra hökumət paylaşılmazsa, xidmətlər göstərilməzsə, məzhəblərarasıarası münaqişə hələ də davam edərsə, bu, İŞİD-in yenidən peyda olmasına zəmin yaradacaq, deyə İraq üzrə tədqiqatçı Patrik Martin bildirir.

XS
SM
MD
LG