Accessibility links

İraqın şərqində Diyala vilayətində şiə müsəlmanların silahlı dəstəsinin komandirinin qohumunun dəfn mərasimində həyata keçirilən intiharçı hücumu 27 nəfərin həyatına son qoyub. Hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Hücum paytaxt Bağdaddan 80 kilometr şimal-şərqdəki Muqdadiyyədə bomba partlayışı şiə qrupların çətir qruplaşması olan Haşid Şaabi qrupunun 6 yerli liderini öldürüb. Bu barədə məlumatı Diyala polisi və təhlükəsizlik rəsmiləri verib.

SITE müşahidə qrupunun bildirdiyinə görə, hücumun məsuliyyətini İraqın şimal və şərq bölgələrinə nəzarəti əlində saxlayan İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Dördü Əsaib ƏhlƏal-Haq və ikisi Bədr Təşkilatından olan komandirlərin qətli qaranlıq tale yaşayan vilayətdə təriqətlərarası gərginliyin artmasına yol aça bilər.

XS
SM
MD
LG