Accessibility links

Azərbaycanlı İŞİD-çiyə Türkiyədə 13 il 9 ay həbs verilib


 İŞİD

İŞİD

Azərbaycanlı ona verilən ittihamları qəbul etmir

Türkiyənin Niyde şəhərində 3 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən qanlı terror aktı törədən İŞİD üzvlərinin məhkəməsi keçirilib. 2014-cü il martın 20-də baş verən və İŞİD-in Türkiyədə ilk terror aktı olan bu hadisəyə görə 4 müttəhimin, 9 nəfər şübhəlinin mühakimə olunduğu məhkəmə prosesi başa çatıb.

Türkiyənin Habertürk saytının məlumatına görə, bu gün məhkəmənin qərarı ilə İŞİD üzvü Benyamin Xu 179 il, 6 ay və 225 min TL, Çendirim Ramadani 174 il 6 ay və 225 min TL, Məhəmməd Zakiri 124 il 6 ay və 225 min TL, azərbaycanlı Fuad Mövsümov isə 13 il 9 ay həbs cəzası alıb.

Fuad Mövsümov terror qruplaşmasına üzv olma və rəsmi sənədlərdə saxtakarlıq etmə maddələri ilə ittiham olunub.

O, barəsində qaldırılan ittihamları qəbul etməyərək bildirib ki, günahsız insana cəza verməklə itirilən ədaləti bərpa etmək mümkün deyil.

Qeyd edək ki, İŞİD-in Türkiyədə ilk terror aktı 2014-cü il martın 20-də baş verib. Benyamin Xu, Çendirim Ramadani, Məhəmməd Zakiri Ulukışla-Adana yolunda taksi saxlamaq istəyən təhlükəsizlik əməkdaşlarına avtomatdan atəş açıblar. Bu zaman terrorçular polis nəfərləri Adil Kozanoğlu və Adəm Çobanı güllələyərək öldürüb, 7 əsgər və avtobusdakı 1 nəfəri yaralayıblar. Sonra ələ keçirdikləri yük maşınının sürücüsü Turan Yaşarı da öldürərək qaçıblar.

Terrorçuların ikisi xəstəxanada, digəri isə Köşkönü kəndində ələ keçirilib.

XS
SM
MD
LG