Accessibility links

Azərbaycan Sərhəd Xidməti İŞİD-də qoşulacağı ehtimal edilən şəxsi saxlayıb


Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bildirir ki, oktyabrın 26-da Baki-İstanbul aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədilə Suriyaya getmək istəyən Rusiya vətəndaşı, Sankt-Peterburq şəhər sakini, 1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb.

DSX mətbuat mərkəzinin məlumatına görə, araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay Rusiyada həbsdə olması, azadlığa çıxandan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün Azərbaycan və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.

Xatırladaq ki, Ziyadxanov Əhmədxanın İŞİD-ə qoşulacağı və İraqa gedəcəyi ilə bağlı məlumatı hələ məhkəmə və ya istintaq orqanları təsdiq etməyib. Ona qarşı ittiham irəli sürülüb-sürülməməsi barədə də məlumat verilmir. Ziyadxanovun radikal dini qrupların üzvləri ilə əlaqəyə girməsi barədə Rusiya hüquq mühafizə orqanları hər hansı təsdiqləyici məlumat yaymayıb.

XS
SM
MD
LG