Accessibility links

Rusiya Xəzərdən İŞİD-in mövqelərinə raket zərbələri endirib [Video]


Xəzərdə Rusiya gəmiləri
Xəzərdə Rusiya gəmiləri

7 hədəfə 18 qanadlı raket buraxılıb

Rusiyanın Xəzər dənizindəki gəmilərindən noyabrın 20-də İŞİD-in Suriyadakı mövqelərinə 18 raket zərbəsi endirilib.

“Bu gün Xəzər donanmasının gəmiləri Raqqa, İdlib və Hələbdəki 7 hədəfə 18 ədəd qanadlı raket buraxıb. Bütün hədəflər məhv edilib”, Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Putinə məruzəaində bildirib.

Məlumatda deyilir ki, Rusiyanın İŞİD-ə qarşı dəniz qrupuna 10 gəmi daxildir. Gəmilərin 6-sı Aralıq dənizindədir.

Müdafiə naziri prezident Vladimir Putinə məruzəsində həmçinin Rusiyanın 29 qırıcı və bombardımançı təyyarəsinin Xəzər dənizi istiqamətindən həyata keçirdiyi uçuşlarla İŞİD-in mövqelərinə hava zərbələri endirdiyini bildirib.

XS
SM
MD
LG