Accessibility links

Dindarlarla insident, saxlananlar var


Dindarlarla insident (Foto isalamazeri.az saytınındır)

Dindarlarla insident (Foto isalamazeri.az saytınındır)

Noyabrın 5-də axşam saatlarında Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımlı Bakıda polis tərəfindən saxlanılıb.

Buna etiraz edən bir qrup islamçı və Müsəlman Birliyi Hərəkatının fəalları Bakının Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşıb. Beləliklə, polislə dindarlar arasında insident yaranıb.

Elçin Qasımlı

Elçin Qasımlı

İslamazeri.az saytının məlumatına görə, əraziyə çevik polis alayının əməkdaşları yeridilib. 20-dən çox dindar saxlanıb. Etirazçıların bir hissəsi isə ərazidən uzaqlaşdırılıb.

Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedən yolları Dövlət Yol Polisinin əməkdaşları bağlayıb.

Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə Elçin Qasımlının saxlanılmasına münasibət bildirib.

Dindarlarla insident (Foto isalamazeri.az saytınındır)

Dindarlarla insident (Foto isalamazeri.az saytınındır)

“Elçin Qasımlıya qarşı hər hansı hüquqa zidd adım atılarsa, bunun bədəlini sərt şəkildə ödəyəcəklər. Elçin Qasımlının dərhal, qeydsiz-şərtsiz azad olunmasını tələb edirik! Zillətlə yaşamaqdansa, izzətlə ölmək daha şərəflidir!” o qeyd edib.

Bakı Baş Polis İdarəsinin rəısi Mirqafar Seyidovun əraziyə gəldiyi bildirilir.

Hüquq-mühafizə orqanları baş verənlərlə bağlı hələ şərh verməyib.

Dindarlarla insident (Foto isalamazeri.az saytınındır)

Dindarlarla insident (Foto isalamazeri.az saytınındır)

XS
SM
MD
LG