Accessibility links

İŞİD İraqda və Suriyada etnik təmizləmə aparır [Video]


"İraq və Suriyadakı sünni İslamçı Dövləti regionda etnik təmizləmə aparır" - deyə, dini liderlər xəbərdarlıq edir. Basqıların əsas hədəfləri qədim yəzidi icmaları və xristianlardır.

Basima Əl-Səfər İslam Dövləti yaraqlılarına boyun əyməkdən imtina edir. Keçən ay o, İraqın şimalında dünyada ən qədim xristian şəhəri Əl-Qoşdakı evindən qaçmalı olub. O, evinə kürdlərin peşmərgə ordusu yaraqlıları şəhərdən çıxardıqdan sonra dönüb. “İŞİD buraya gəlib bizi evimizdən və vətənimizdən qovmaq istədi. Onlar özləri burada yaddır. Ən çox zərər çəkənlər də xristianlar və yəzidilərdir.”

Geri döndükdən sonra Basima Əl-Səfər evini İraq xristianlarının irsinə aid əşyalarla bəzəyərək, muzeyə döndərib ki, bu da cəmi bir neçə kilometr məsafədə istehkamlanmış İŞİD-də mesajdır.

Qabriel Ata Əl-Qoşdakı Məryəm Ana xristian kilsəsinin ruhanisidir: “Bu, qədim şəhərdə yaşayan ailələr üçün asan olmayıb. Çox qorxuludur. Biz bu qədim şəhərin gələcəyi, mədəniyyəti və tarixinin necə olacağını bilmirik.”

London Universitetinin Şərqi Pravoslav Mərkəzindən Erika Hanter regiondakı xristian və digər etnik azlıqların yüz illərdir belə bir situasiya ilə üzləşmədiklərini deyir. “14-cü əsrdə İslamçı Teymurləng Yaxın Şərqdən deyil, Özbəkistandan gələrək, İran və İraq ərazilərində etnik təmizləmə apardı. Mənim fikrimcə İŞİD Teymurləngə bənzəyir.”

Əl-Qoş yaxınlığındakı VII əsrin Müqəddəs Hörmüz məbədi qalıb ki, ona ziyan dəyməyib. Digər müqəddəs yerlərin bəxti gətirməyib. “Bütün məbədlər, ikonalar, ümumiyyətlə İraq mədəni irsinin bütün misilsiz eksponatları yəqin ki, İŞİD tərəfindən məhv edilib.” - deyə, Erika Hanter bildirir.

Mosul və İŞİD-in nəzarəti altında olan ərazilərə gözəl mənzərə açılan Müqəddəs Hörmüz məbədi hazırda kürdlərin peşmərgə qüvvələrinin əlindədir. Onlar Əl-Qoşu qoruyacaqlarını deyirlər.

Fadi Görgəs Abid peşmərqə döyüşçüsüdür. “Ailələr Əl-Qoşu tərk edəndən sonra şəhəri qorumaq üçün cəmi 60 nəfər silahlı qalmışdı. Ertəsi gün onların sayı 200-ə çatdı və gündən-günə çoxaldı.”

İslam Dövləti tərəfindən zəbt olunmuş xristian icmaları İslamı qəbul etmək, cizyə ödəmək, yaxud öldürülmək hədələri ilə üzləşirlər. “Bu, doğrudan da kədərlidir. Bəzi xiristian icmaları Qərb tərəfindən unudulduqlarını sanırlar.

İraqdakı azlıqlar əsrlərlə təqiblərə məruz qalıblar. Onlar bu sön hədəyə də sinə gərməyə hazır görünürlər.

XS
SM
MD
LG