Accessibility links

İŞİD-i necə dayandırmalı? [Video]


Terrorizm ekspertləri İslam Dövləti qrupunun Suriyadakı fəaliyyətlərindən xəbərdar idi. Lakin onlar qrupun İraqda son aylar sürətlə nailiyyət əldə edəcəyini düşünmürdü. Regional təhlükəsizlik üzrə təhlilçilər İŞİD-in mesajları və güclənməsinə qarşı birgə səylərə ehtiyac olduğunu deyir.

ABŞ-ın İraqda İslam Dövləti yaraqlılarına qarşı hava hücumları onların bəzi ərazilərdən çıxarılmasına yardım edib. Lakin regional təhlükəsizlik üzrə təhlilçilər hava zərbələrinin İŞİD-ın əməllərinin dayandırılmasına kifayət etməyəcəyini deyir. Kamran Buxarı Stratfor kəşfiyyat şirkətinin əməkdaşıdır. “Hava hücumları dağıdıcı mahiyyətə malikdir. Lakin onlar kəşfiyyatın keyfiyyətindən asılıdır.”

Vaşinqtonda yerləşən Brukinqs institutundan Maykl Ohanlonun dediyinə görə, belə kəşfiyyatı əldə etmək asan deyil.“Bu kəşfiyyatı yalnız insanlarla təmasda olan quru qüvvələri əldə edə bilər. Əhalidən məlumat alınmalıdır. Ekstremistlərin qısası əhalidən alınmalı deyil. Əhali müdafiə edilməlidir.”

Həm Buxarı, həm də Ohanlon quru qüvvələrin xarici daxil, İraqın öz qüvvələri olmasını düşünür. Lakin İraqın təhlükəsizlik qüvvələrinin qabiliyyəti sual doğurur. İŞİD-in müüqaviməti qarşısıda onlar parçalanır. Buna görə İraqın baş naiziri Nuri Əl-Malikinin siyasəti günahlandırılır. “Biz başa düşməliyik ki, İŞİD ev tapşırığını yerinə yetirir. Qrup şiə hökumətə qarşı sünnilər, həm də kürdlərin qəzəbindən istifadə edir.”

Daxili və beynəlxalq təzyiqlər Malikini siyasətdən uzaqlaşdırıb. İndi İraqın yeni baş naziri Heydən Əl-Abadinin üzləşdiyi ən böyük problem çoxtərkibli yeni hökumətin təşkilidir. İŞİD qəbilələrlə müvəqqəti müttəfiqlik qurub. Ohallonu İŞİD-in bu müttəfiqliyinin həmrəyliyə mane olacağı qorxudur. “Mümkündürmü ki, İŞİD başqa qüvvə mərkəzlərini terror etmək və ya aradan götürməklə uzun müddət hakimiyyətdə qala bilsin?”

Buxarı deyir ki, digər əsas məsələ İslam Dövlətinin tərkibinin öz təbliğatının əleyhinə getməsidir. “Digər tərəfin görəcəyi iş nə ola bilər? Sünnilər və onları dəstəkləyənlərin İslam Dövlətinin xəlifət olmadığında əmin etmək, onları tutduqları kursdan qaytarmaq.”

Buxarinin dediyinə görə, sünnilər ərazilərin nəzarətini əldə saxlamalı və yerli qəbilələri İslam Dövlətinin ideologiyasına arxa çevirməli olduqlarına inandırmalıdır.

XS
SM
MD
LG