Accessibility links

Cihadçı sünni İŞİD qrupunun Suriya ilə sərhəddə həyata keçirdiyi hücumlar Türkiyədə narahatlıqlara səbəb olub. Türkiyədə şiə müsəlmanlara məxsus məscid bu ayın əvvəlində yandırıldı. Bu hücumda şiəliyi rədd edən İŞİD günahlandırıldı və cihadçı təşkilatın Türkiyəyə hücumlarının başlanğıcı kimi təsvir olundu.

İstanbul hər iki təriqətin - həm ölkədə çoxluq təşkil edən sünnilərin, həm də Cəfəri adı ilə tanınan şiələrin evi sayılır. Lakin İstanbuldakı Cəfəri Məhəmmədiyyə məscidinin yandırılmasından sonra təriqətlər arasında gərginlik artıb. Yandırılan məscidin imamı Həmzə Aydın bu hücumun məzhəbçilik səbəbindən törədildiyini düşünmədiyini deyir. İmam Aydın hücumdan əvvəl bir neçə nəfərin məscidə gələrək, onların daşa ibadət etdiklərini və məscidi alova bürüyəcəkləri ilə hədələdiklərini deyir. “Biz polisə şikayət etsək də, heç bir addım atılmadı. Bunu edənlər müsəlman deyil,” deyə imam bildirir.

Təriqətlərarası gərginliklərin baş alıb getdiyi Suriya və İraqla sərhəddə yerləşən Türkiyə baş verənlərdə İŞİD-i günahlandırır. Bu qrup şiələrin kafir olduğunu deyir.

Brüsseldəki Avropa Karnegi İnstitutundan təhlilçi Sinan Ülgen İŞİD-ın məzhəb müharibəsinin Türkiyəyə doğru irəlilədiyini deyir. “Vaxtilə İŞİD-ə simpatiya bəsləyən qruplar Türkiyədə özlərinə yuva salanda hökumət buna göz yumdu. Belə görünür ki, Türkiyə uzun müddət Suriyadakı sabitsizlikdən əziyyət çəkəcək.”

Türkiyənin hakim islam təmayüllü Ədalət və İnkişaf Partiyası Suriya rejiminə qarşı döyüşən üsyançıları dəstəklənlərdən biridir. İstanbul məscidinə edilən hücum yeganə hücum deyil. İstanbuldakl şiələr getdikcə artan təriqətlərarası gərgiyin onları hədəf aldığını deyirlər.

İstanbulun şiələrin çoxluq təşkil etdiyi məhəlləsindəki satıcı İŞİD-ın məzhəb müharibəsini Türkiyəyə də gətirəcəyindən narahat olduğunu deyir. O, deyir ki, məscidə hücum edənlərdən biri İŞİD üzvü olduğunu bildirib.

Türkiyədəki seçki siyasəti də gərginlikləri artıra bilər. Gələn ay keçiriləcək prezident seçkilərində iştirak edəcək baş nazir Rəcəp Əyyib Ərdoğanı dəstəkləyən yürüş iştirakçıları da sünni tərəfdarlarıdır.

Tənqidçilər cənab Ərdoğanı şiələrə qarşı yönəlmiş çıxışlarını pisləyir. Baş nazir eləcə də İstanbuldakı şiə məscidinin yandırılması ilə bağlı məlumatların media tərəfindən yayılmasına mane olmaqda ittiham edilir.

Türkiyədə “Dəyanət” İslam dini təşkilatının başçısı Mehmed Göməz yanğınınm baş verdiyi məscidə gedərkən bunları deyib: “Biz bu məscidi yenidən birgə bərpa edəcəyik. Biz hamımız müsəlmanıq, Quran oxuyur və məscidə gedirik. Biz yanan kitabların yenisini gətirəcək və məscidin bərpasından sonra burada birgə ibadət edəcəyik.”

Bütün bunlarla yanaşı Türkiyədə sünnilər tərəfindən təşkil edilən yürüşlərdə bəzən İŞİD-ın bayraqları gözə dəyir. Bu isə o deməkdir ki, ən azı bəzi Türkiyə sünniləri İŞİD-ə rəğbətlə yanaşır.

XS
SM
MD
LG