Accessibility links

Amnesty International : İslam Dövləti qəddar bir kampaniya aparır


İnsan hüquqları təşkilatı Amnesty International İslam Dövləti qrupunun İraqın şimalında qəddar kampaniya apardığını bildirir. Təşkilatın hesabatında bildirilir ki, qrupun döyüşçüləri kütləvi qırğınlar törədir.

Müsahibələrə əsaslanan hesabatda İŞİD-in etnik və dini azlıqların nümayəndələrini oğurladığı, milyonlarla insanı evlərini tərk etməyə vadar etdiyi deyilir.

İslam Dövləti qəddar bir kampaniya aparır

Amnesty International-ın böhranlara cavabla bağlı müşaviri Donatella Roveranın bildirdiyinə görə, İslam Dövləti yaraqlıları İraqın demoqrafik xəritəsini dəyişib. “İslam Dövləti qəddar bir kampaniya aparır, son bir neçə həftə ərzində İraqın şimalında etnik təmizləmə həyata keçirir. Nəzarət altına aldığı ərazilərdə dini və etnik azlıqlara divan tutur.”

Sünni bu qrupun hədəfi şiələr,əsrlərdir həmin bölgələrdə məskunlaşan islam və xristian təriqətləridir.

ABŞ qrupun hədəflərinə havadan zərbələr endirib. Quruda isə İraq və kürd qüvvələri İslam Dövləri yaraqlıları ilə döyüşlər aparır.

Lakin Rovera deyir ki, İraq qüvvələrinin son irəliləyişləri yalnız şiə yaraqlıların yardımı ilə mümkün olub.

Amnesty International hazırda baş verənləri etnik təmizləmə tarixində ən yüksək göstərici adlandırır.

Rovera deyir ki, İŞİD iyrənc cinayətlər tərədir, bəzi bölgələri qanlı qətl meydanına çevirib. 850 min insan qacmağa məcbur olub. Rovera onların müdafiəsinə ehtiyac olduğunu vurğulayır. “Evlərini arxada qoyub qaçan bu insanların hər şeyə ehtiyacı var. Onlara ərzaq, sığınacaq, tibbi yardım lazımdır. Beynəlxalq ictimaiyyət isə olduqca yavaş tərpənir.”

Roveranın dediyinə görə, BMT-nin böhranı birnömrəli humanitar faciə adlandırması ilə vəziyyət bir qədər dəyişsə də, bu kifayət etmir.

İraq, kürd və ABŞ-ın səylərinin İslam Dövlətinin müqavimətini sınıdra biləcəyi hələ bəlli deyil. Lakin qrupun beynəlxalq təzyiqlərə məhəl qoymadığı göz qabağındadır. Bu isə qrupun qəddarlığına necə son qoyulmasına dair cavabı olmayan bir sual doğurur.

XS
SM
MD
LG