Accessibility links

İŞİD Vaşinqtonu hücumla hədələyir


Yeni yayılan videoda İslam Dövləti qrupu Paris hadisələrinə bənzər hücumun Vaşinqtonda da baş verəcəyi ilə bağlı xəbərdalıq edib.

Sosial mediada yayılan videoda militant qrupa qarşı keçirilən hücumlara cavab olaraq Fransada baş verənlərin başqa ölkələrdə də baş verəcəyi deyilir.

Videoda çıxış edən şəxs ABŞ paytaxtını xüsusi vurğulayır.

“Əgər biz Fransanı öz vətənində, Parisdə diz çökdürdüksə, and içirik ki, biz Amerikaya öz ürəyində, Vaşinqtonda hücum edəcəyik,” deyə həmin şəxs bildirib.

Amerikanın Səsi videonun etibarlılığını yoxlaya bilməyib. Bu haqda ABŞ rəsmiləri hələlik heç bir açıqlama verməyiblər.

XS
SM
MD
LG