Accessibility links

Avstraliyada terrorçulara maliyyə yardımı göstərməkdə şübhəli bilinən şəxs həbs edilib


Avstraliya polisi Suriyada islam ekstremistlərinin tərəfində döyüşdüyü ehtimal edilən ABŞ vətəndaşına maliyyə göndərməyə cəhd göstərən şəxsin həbs edildiyini bildirib.

Kimliyi gizli saxlanılan 23 yaşlı şəxs Avstraliyanın Melburn şəhərində bir neçə evdə keçirilən reyd zamanı həbs edilib.

Avstraliya federal polisinin müvəkkili Neil Qauqan deyib ki, o Suriyada döyüşən amerikalıya 10 min 500 dollar pul göndərməyə cəhd göstərib.

Polis həbs edilən şəxsin təkbaşına fəaliyyət göstərdiyinə və ictimayyət üçün təhlükə yaratmadığına inanır.

Polis həbs edilən şəxsin ötən həftə Melburn şəhər polisi tərəfindən öldürülən terrorçuluqda şübhəli bilinən şəxslə əlaqəsi olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG