Accessibility links

Kobanidə girov götürülən tələbələr [Video]


İyun ayında Suriyanın şimalına nəzarət edən İŞİD Kobani şəhərində çoxu kürd olmaqla, 150-dən çox tələbəni girov götürmüşdü. Bir neçə aydan sonra onların çoxunu azad etsə də, qrup 20 nəfərə qədərini saxlayıb.

16 yaşlı Azad Türkiyədəki yeni yurduna qayıdıb. Onun ailəsi buraya iyun ayında, İŞİD onu girov götürdükdən sonra qaçıb. Qisasdan qorxan bu insanlar adlarının açıqlanmasını və üzlərinin görünməsini istəmir.

Azad yaraqlıların onu və 150 nəfər tələbəni Hələbdə imtahanlarını verib evə qayıdarkən ələ keçirdiklərini deyir. “Biz çox qorxduq. Onların uzun saqalları var idi. Onlar bizi kafir adlandıraraq, öldürəcəklərini dedilər. Onlar bizə dua etməyi və dəstəmaz almağı əmr etdilər. Bəziləri dəstəmaz almağı bacarmırdı. “Siz niyə dəstəmaq ala bilmirsiniz,” - deyərək, onları döyürdülər.

İŞİD kafir olduqlarını deyərək. minlərlə insanı edam edib. Azad 3 ay ərzində yeniyetmələrin döyüldüklərini və edamla təhdid edildiklərini deyir. “Onlar bizi döyür və din dərsləri keçirdilər. Onlar dərman içir və bundan sonra onların gözləri qızarırdı. Onlar özlərinə bomba bağlayır və deyirdilər ki. cənnətə düşəcəklər. Biz ağlayır və valideynlərimizin yanına qayıtmaq istədiyimizi deyirdik. Onlar isə müsəlman olduqdan sonra bizim öz valideynlərimizi kafir olduqları üçün öldürməli olduğumuzu deyirdilər.”

Azadın anası Berivan deyir ki, o və digər analar övladlarının azad olunmaları üçün dua edirdilər. “Üç ay göz yaşı tökmək çox ağır idi. Biz İŞİD-çilərə getdik. Yalnız qadınlar - kişilərsiz. Lakin onlar bizim geri getməyimizi tələb etdilər. Əgər çıxıb getməsək uşaqlarımızı öldürəcəklərini dedilər. Biz yalnız ağlayırdıq.”

Yaraqlılar uşaqları bir neçə həftə bundan əvvəl, həbsdə olan İŞİD üzvləri ilə dəyişdilər. Lakin 20 nəfəri saxlayıblar. Azad hələ də dəhşətli yuxular gördüyünü deyir. “Türkiyəyə köçdükdən sonra belə, mən hələ də qorxuram. Onlardan biri mənim yadımda həmişəlik qalacaq. O, gecə saat 2-də gəldi. Onun uzun saqqalı var idi. O, bizi öldürəcəyini dedi və getdi.”

Azad Hələbdə imtahanını verib. O, neft mühəndisi olmaq istəyir. O, nə naxtsa Kobanidə təhsilini davam etdirmək ümidi ilə yaşayır.

XS
SM
MD
LG