Accessibility links

İŞİD-in lideri öldürülüb


ABŞ Müdafiə Nazirliyi bildirib ki, koalisiya hava hücumları Suriyanın şimalında İŞİD-ın yüksək rütbəli liderlərini hədəf alıb.

İŞİD özü Əbu Məhəmməd Əl-Adnaninin ölüm xəbərini yayıb. Lakin onun Hələbə qarşı hərbi kampaniyalara müqavimət əməliyyatlarını izləyərkən öldürüldüyünü bildirib.

Adnani İŞİD-a qoşulmazdan əvvəl Əl-Qaidə terror şəbəkəsinin üzvü olub. İŞİD-in tərkibində o, qrupun lideri Əbu Bəkr Əl-Bağdadidən sonra ikinci lider hesab edilirdi.

Adnanini maliyyə sanksiyaları tətbiq edilmiş şübhəli terrorçu siyahısına əlavə edən BMT onun İŞİD-in Suriyadakı lideri və xarici əməliyyatlar üzrə rəhbəri olduğunu bildirib.

ABŞ Dövlət Departamenti Adnaninin ələ keçirilməsi üçün məlumat verən şəxsə 5 milyon dollar mükafat vəd edib.

Pentaqon Adnaninin ölümünü təsdiqləmək üçün Əl Bab yaxınlığında həyata keçirilmiş hava hücumunu araşdırır.

Bu arada, ABŞ rəsmisi Amerikanın Səsinə müsahibəsi zamanı Rusiyanın Adnanini öldürməsinə dair iddiasını "zibil" adlandırıb.

Belə ki, Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında onun Rusiyanın Suriyadakı hücumlar zamanı öldürüldüyü iddia edilib.

XS
SM
MD
LG