Accessibility links

İraq hökumət qüvvələri Mosulun cənubunda İŞİD terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib. Bu barədə Reuters xəbər agentliyi Əl-Ərəbiyyə telekanalına istinadən məlumat verib.

Telekanalın məlumatına görə, Əlcəzair əsilli səhra komandiri Əbu Həmzə hökumət qüvvələrinin tam nəzarətinə keçmiş Hamam-əl-Əlil bölgəsində öldürülüb.

İraq ordusu beynəlxalq koalisiyanın və yerli silahlı qrupların dəstəyi ilə Mosulun İŞİD-dən azad olunması ilə bağlı oktyabrın ortalarında genişmiqyaslı əməliyyatlara başlayıb.

İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ildən İŞİD-in nəzarətində idi.

İraqın hökumət qüvvələri Mosulun "İslam dövləti" terror qruplaşmasından (İŞİD) azad edilməsi əməliyyatının başlamasından sonra ilk dəfə şəhərin şimal yaşayış məhəllələrinə daxil olub.

Ordu Əs-Saada və Bauiza yaşayış rayonlara nəzarət edir.

İraqın Hərbi Hava Qüvələrinin habelə İŞİD-in bir neçə silah anbarını məhv etdiyi bildirilir.

Kürd qüvvələri irəlilədikcə, şəhərə qarşı daha da çox artileriya və hava hücumları həyata keçirilir.

Üç həftə davam edən Mosul döyüşləri İraq qüvvələrinin şəhərin əhalinin daha sıx məskunlaşdığı ərazilərinə irəliləməsi ilə yavaşıyıb.

XS
SM
MD
LG